Tanınmış həkim özünü buna görə öldürübmüş - SƏBƏB - VİDEO

Tanınmış həkim özünü buna görə öldürübmüş - SƏBƏB - VİDEOSon iki ilə qədər ailədə vəziyyət qənaətbəxş idi. Ta ki, Rüfətin ailəsi mülkləri onun adına keçirməyi təkid etdi.
azxeber.com bildirir ki, bunu APA TV-yə özünü binadan ataraq öldürən tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev deyib. Onun sözlərinə görə, ailə münaqişəsi Xalidənin ər tərəfdən yaxın qohumlarının təkidi, təzyiqi, hədə qorxsusu, aranı qızışdırması nəticəsində Rüfət mütəmadi olaraq içib və mülklər üstündə evdə münaqişə yaradıb.
"Dəfələrlə Xalidəni döyüb, müxtəlif xəsarətlər yetirib. Dəfələrlə ailə üzvlərimiz bunun şahidi olub və boşanmaları üçün xalidəni o evdən çıxartmışıq, lakin 5-7 gün ərzində Rüfət yenidən bağışlanmağını və bir daha belə etməyəcəyini söz verərək barışmağa nail olub. Son bir ildə müxtəlif dost və yoldaşlarına, hətta vəkilinə döyülməsi haqda, xəsarətlərin video və fotoşəkilini göndərib, bütün bu materiallar istintaqa təqdim olunub. Lazım gələrsə gələcəkdə bu məlumatlar mediaya da təqdim olunacaq", - deyə Elçin Vəliyev bildirib.
Onun sözlərinə görə, hadisə baş verən gün Xalidə artıq boşanmaq barədə qəti qərar qəbul edibmiş.
"Hətta hadisə günü xalidə işdən sonra vəkili ilə görüşmüş, boşanmaya dair bütün məlumatları vəkilə vermişdir. Həmin günü evə gəlib bizə zəng etməli idi ki, gəlib onu götürək, biz Xalidənin zəngini gözləyirdik. Lakin Rüfətin zəngi gəldi ki, xalidə özünü atdı. Burada böyük bir müəmma var, inşallah ki istintaqda bu məlum olacaq. Xalidə intihar edə bilməzdi, onu tanıyan hamı bu sözü deyir və həmin gün bütün ailə münaqişəsinə son qoyulacaqdı", - deyə qardaşı vurğulayıb. 
Elçin Vəliyev deyir ki, Xalidənin bədənində 2-3-5-8 günün döyülmə xəsarətləri olub.
"Bu o deməkdir ki Rüfət mütəmadi olaraq Xalidəni döyüb, zor tətbiq edib, davamlı olaraq ailəsinin fikri ilə Xalidəyə təzyiqlər göstərib, hətta ailəsi də birləşərək dəfələrlə Xalidəyə təzyiqlər ediblər, bu kimi təzyiqlərin bir neçəsinin canlı şahidi olmuşuq. Əldə olunan bütün video, fotofaktlar prokurorluğa təqdim olunub. Düşünürük və inanırıq ki, qısa zamanda bütün müəmma və suallara cavab ala biləcəyik. Son olaraq bildirmək istəyirəm ki bu intihar deyil, heç kim buna inanmır, ən azı intihara sövq etmədir", - deyə Xalidənin qardaşı qeyd edib.

Sosial       Tarix: 26 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bugun cəbhədən ən son xəbərlər bu gunun xeberleri sonxeber.az