Tanınmış meyxanaçılar Kərimin vəfatından DANIŞDILAR: "Gözünü qapadı və..."
Meyxanaçı Ağakərim kimi tanınan Kərim Novruzovun vəfat etdiyi haqda məlumatlar yayılıb.
Baş verən hadisə ilə bağlı KONKRET.az tanınmış meyxanaçı, Kərimin yaxın dostu Ağamirzə ilə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında meyxanaçı Kərimin təxminən bir saat əvvəl dünyasını dəyişdiyini bildirib:
"Sabah Məştağa qəbiristanlığında dəfn olunacaq. Heç nə danışa bilmirdi. Gözünü qapadı, canını tapşırdı və dünyadan köçdü. Sənət dostlarından hələ heç kim gəlməyib", – meyxanaçı vurğulayıb.
Tanınmış meyxanaçı Baləli də saytımıza açıqlamasında çox qısa danışıb:
"Bəli, dünyasını dəyişib. Allah yaxınlarına səbr versin. Allah rəhmət eləsin".
Meyxanaçı Ələkbərli Cahangeşt isə xəbəri mediadan eşidib:
"Mənə də indi zəng etdilər. Meyxanaçılardan heç kim deməyib. Xəbər dəqiq olsa, özüm də ora yollanacam", meyxanaçı bildirib.
Qeyd edək ki, Kərim Novruzov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Xatırladaq ki, Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. O, 1993-cü ildə böyük meyxana ustadı Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat – qızıl medala layiq görülüb.
Aynurə İsmayıl
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?