Tanınmış MTK ağacları kəsibmiş.. - Rəsmi açıqlama
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Biləsuvar və Salyan rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə azxeber.com-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində, Nizami rayonu 2527-ci məhəllədə, "Qismət-M House" MTK tərəfindən təmir-bərpa işləri aparılan sahədə ağacların kəsilməsi müəyyənləşdirilib. Biləsuvar rayonu ərazisində və Salyan rayonunun Sarvan kəndində də ağac və kolların qanunsuz kəsilməsi aşkar edilib.
Faktlarla bağlı yaşıllıqlara ümumilikdə 158 970 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Qeyd edək ki, "Qismət-M House" MTK hazırda "Premium Park Neftçilər" layihəsini inşa edir.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma