Tarixi Şuşa Bəyannaməsi – İki güclü Liderlərin qardaşlıq birliyi

Tarixi Şuşa Bəyannaməsi – İki güclü Liderlərin qardaşlıq birliyi2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. 
Şuşa Bəyannaməsinin imzalanmasından artıq iki il ötür. Bu qardaşılq sənədi olduqca vacib bir bəyannamədir. Beləliklə hər iki ölkə rəhbəri Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir sənədə qol çəkməklə tarixi münasibətlərin yeni mərhələsinə qədəm qoydu.
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Qardaşlığın yeni tarixi mərhələsi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Imzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir.
Bizi türk qardaşlarımızla onsuz da tarixi bağlar birləşdirir, qan qardaşlığımız var. Bəyannamə bizim gələcək münasibətlərimizi də tənzimləyir. Sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev qeyd etmişdi ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Əlbəttə bu ideologiya bu dahi siyasətçilərin kəlamları bizim hər birimiz üçün mayak rolunu oynamaldır.
Bəyannamədə Qarabağın dirçəldilməsi, investisiyaların qoyuluşu, bölgənin hər tərəfli inkişafını təmin edəcək. Bundan sonra isə ağır sosial problemlərin altında əzilən erməni əsilli vətəndaşlar öz istəyi ilə Azərbaycan torpaqlarında yaşamağa maraqlı olacaqlar. Ermənistanda vəziyyətin sabit olmaması, Qarabağ ermənilərinə qarşı ögey yanaşma artıq erməni cəmiyyətini çalxalayıb. Bu baxımdan bəyannamə imzalanandan sonra Qarabağ ermənilərinin bəzi ictimaiyyət nümayəndələri artıq müharibə ritorikasının perspektivsizliyini anlayıb və bunu erməni cəmiyyətinə təlqin etmələ başlayıblar.
Beləliklə, 2021-ci il iyunun 15-də imzalanmış birgə Şuşa Bəyannaməsi xalqlarımızın dostluq və qardaşlıq simvolu kimi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, həm də bölgənin yeni yüksəliş və intibah mərhələsinin başlanğıcı kimi tarixə qızıl hərflərlə yazıldı.
Bir sözlə, Şuşa bəyannaməsi dünyaya mesaj ötürür ki, Azərbaycan torpaqlarında sülh və dostluq şəraitində yaşayacağı təqdirdə bütün xalqlara yer var və Azərbaycan tərəfi müharibə yox, sülh üçün çalışır!
Naftalan şəhər sakini  Möhübbət Bədəlov / azxeber.com

Siyasi       Tarix: 10 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər şou biznes xəbərləri meherremlik 2026 maraqlı xəbərlər