Tatevosyan: "On minlərlə azərbaycanlı Ermənistana qayıdacaq"

Tatevosyan: Ermənistanda Azərbaycanla danışıqlarda gündəliyə salınan və müzakirə olunan bir çox məsələlər narahatlıqla qarşılanır və erməni cəmiyyətində qıcıq doğurur. Bunlardan biri də Qərbi azərbaycanlıların geri qaytarılması məsələsidir.
Erməni politoloq Benyamin Matevosyan özünün teleqram kanalında bu məsələni danışıqlar mövzusuna çevirdiyi üçün Nikol Paşinyanı ittiham edib.
"Ermənistan, Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşündən sonra Sergey Lavrov bəyanatla çıxış edərək bildirib ki, Bakı və İrəvan öz ərazilərində milli azlıqların hüquqlarının müdafiəsi üçün qarşılıqlı təminat verməyə hazırdır. Lavrovun bəyanatından dərhal sonra "Rusiya Paşinyanı çoxminlik azərbaycanlı icmasını Ermənistana köçürməyə məcbur edir" mövzusunda müzakirələr başladı".
Daha sonra Rusiya Xarici İşlər Nazirliyini ittiham edən politoloq bildirib ki, Qərbin danışıqlar masasına gətirdiyi məsələ Moskvada müzakirə edilirsə, o zaman rusların mövqeyini başa düşmür. Qarabağ ermənilərinin etnik azlıq adlandırılmasını həzm edə bilməyən Matevosyan azərbaycanlıların Ermənistana köçürülməsinin mümkünsüzlüyünü düşünür.
"Harada və kim tərəfindən elan olunub ki, bu transformasiyalar nəticəsində Ermənistan Bakı-Ankara ittifaqına qoşulmalıdır?
2023-cü ilin may ayında Vaşinqtonda Ermənistan və Azərbaycan XİN-in görüşündən sonra "Amerikanın Səsi" radiosu amerikalı diplomata istinadən tərəflərin müzakirə etdiyi məsələlər barədə məlumat verib. Məlum olub ki, müzakirə edilən məsələlərdən biri hər iki ölkədə etnik azlıqlara münasibətdir. Başqa sözlə, Nikol Paşinyan çoxminlik azərbaycanlı icmasının Ermənistan Respublikasına köçürülməsi ilə bağlı razılığa gəlib.
Azərbaycanda Qarabağ ermənilərinə etnik azlıq münasibəti öz təsdiqini tapıb və danışıqlardan sonra Şarl Mişelin bəyanatında da səsləndirilib.
Geosiyasi dəyişiklik onu da göstərir ki, həm Qarabağ Azərbaycanın tərkibinə qatılacaq, həm də on minlərlə azərbaycanlı Ermənistan ərazisinə qayıdacaq.
Vaşinqton danışıqları zamanı ABŞ Dövlət Departamentinin baş müşaviri Lui Bono bildirib ki, "ABŞ tərəflərin münasibətlərini tənzimləməsinə, birgə yaşayışa, həmçinin iqtisadi əlaqələri gücləndirməyə və regionda kollektiv təhlükəsizliyi təmin etməyə çalışır".
"Kollektiv təhlükəsizlik Ermənistanla Azərbaycan arasında hərbi-siyasi ittifaqın yaradılmasını nəzərdə tutur. ABŞ-ın regionda prosesləri əlaqələndirmək imkanı olmadığından, bu işlər Türkiyəyə həvalə ediləcək və nəzarətçi rəsmi Ankara olacaq.
Vaşinqton görüşündən sonra Paşinyan regionallaşma gündəmi üzərində işləməyə başlayıb. İndi Paşinyan Ermənistanın regionda təhlükəsizlik təminatı axtardığını bildirir və regional qeyri-qarşıdurma siyasətinin həyata keçirilməsinin zəruriliyini qeyd edir. Rusiya kontingenti buradan çıxarıldıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla məsələləri bağlamaq tarixi şansını əldən verməyəcək.
Rusiya regionda sabit və uzunmüddətli sülhün tərəfdarıdır. Buna görə də danışıqlar gündəliyini formalşadırmaq qərarına gəlib. Rusiya Qarabağdan və Ermənistandan geri çəkilsə, yalnız mövqelərini itirəcək, Ermənistan isə böyük ehtimalla Türkiyə-Azərbaycan torunda boğulacaq".
Gördüyünüz kimi, Ermənistan cəmiyyətində hansı mövzular müzakirə mövzusudur. Azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasından ehtiyat edən erməni millətçiləri bunu heç cür qəbul etmək istəmirlər. Amma özlərinin də qeyd etdiyi kimi, regionda geosiyasi vəziyyət dəyişib və Ermənistanla hesablaşan yoxdur. Deməli, Qarabağ ermənilərinin hüquqları ilə Qərbi azərbaycanlıların hüquqları eyni müxanizmlə tənzimlənməlidir. Bu reallıqdır, bunu isə Ermənistan istəsə də, istəməsə də, qəbul edəcək.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 28 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün valyuta mezennesi 2026 xəbər az enson xeberler