Taxıl və un bahalaşa bilər
Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb.
Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 faiz artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 faiz artırılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 faiz artırılaraq 2 min 495,3 rubl olub.
Bəs Rusiyadakı dəyişiklik Azərbaycanda buğda, arpa, qarğıdalı qiymətinə necə təsir edəcək?
KONKRET.az-ın məlumatına görə, iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az-a açıqlamasında bildirib ki, Rusiyada arpa, buğda və qarğıdalı icracı üzrə gömrük rüsumları qısamüddətli artırılıb. Artım 29 avqust tarixinə qədər davam edəcək. Taxılın hər tonuna 5 dollar artım tətbiq ediləcək:
"Bu qısamüddətli artımın Azərbaycana idxal olunan taxıla hələ ki çox böyük təsiri olmayacaq. Lakin bu artımlar daha uzun müddət davam etsə, əlbəttə mənfi nəticələri olacaq. Axı Azərbaycanın istehlak etdiyi taxılın 60 faizi Rusiyadan idxal olunur. Bu cür artım ölkədə taxılın və unun qiymətinin bahalaşmasına səbəb ola bilər".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"