Tbilisi görüşü ilə Azərbaycan və Ermənistan dialoqu başladı - Darçiaşvili - YENİLƏNİB

Tbilisi görüşü ilə Azərbaycan və Ermənistan dialoqu başladı - Darçiaşvili - YENİLƏNİB"Biz tərəfdaşlarımıza, dostlarımıza dialoq aparmaları üçün dəstək ola bildik. Bu prosesdə məqsədimiz ilk növbədə, dost, qonşu dövlətlərimizin bu danışıqlar nəticəsində konkret nəticələr əldə etməsidir".
KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Gürcüstanın İctimai Televizyasına açıqlamasında deyib.
Nazir bildirib ki, əsas məqsəd regionda – Cənubi Qafqazda birgə koordinasiya və çox sıx ünsiyyət yolu ilə sülhü və təhlükəsizliyi gücləndirməkdir.
İlia Darçiaşvili bunu dünyada təhlükəsizlik arxitekturasının problemlərlə üzləşdiyi bir vaxtda region üçün önəmli adlandırıb.
XİN başçısı bu görüşün konkret nəticə ilə başa çatıb-çatmaması ilə bağlı suala cavabında bildirib ki, beynəlxalq danışıqların cəmi bir raundu fonunda həmişə konkret nəticə əldə edilmir və bu gün də oxşar hal olub:
"Lakin burada ən önəmlisi odur ki, bir presedent yaradıldı və biz iki qonşu ölkə arasında birbaşa dialoq başlatdıq. Onlar gündəmdə onları maraqlandıran və həlli xüsusi əhəmiyyət kəsb edən bütün prioritet məsələləri bir-birlərinə təqdim etdilər. Əminəm ki, bu görüş sayəsində danışıqların davam etdirilməsi üçün çox möhkəm zəmin yarandı", – deyə İlia Darçiaşvili bildirib.
Gürcüstanın baş diplomatı Tbilisinin gələcəkdə də iki qonşu ölkənin nümayəndələrini qəbul etməyə və onların gündəliyində olan konkret məsələlərin həllinə kömək etməyə hazır olacağını vurğulayıb.
***
14:04
"Azərbaycan və Ermənistan arasında Tbilisidə dialoq formatının davam etidirlib-etdirilməyəcəyi barədə heç nə deyə bilmərəm. Ən əsası odur ki, bu gün həmkarlarımın dialoqu baş tutur".
KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.
Nazir dialoq prosesinin nəticələr verəcəyinə əminliyini ifadə edib: "Bu prosesin davam etdirilməsinə zərurət yaranacağı halda, Gürcüstan hökuməti əvvəllər olduğu kimi bu dialoq üçün mütləq vasitəçilik edəcək"."Report"

Siyasi       Tarix: 17 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezenesi cebheden xeberler xabarlar xeberler bugun 2026