Tbilisidə hökumət əleyhinə aksiya keçirilir
Tbilisidə Respublika meydanından parlament binasına doğru "Sona qədər, qələbəyə qədər!" şüarı altında yürüş keçirilib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hökumət əleyhinə aksiya parlament seçkilərinin birinci ildönümünə həsr olunub.
Aksiyanın tələbləri növbədənkənar parlament seçkilərinin keçirilməsi və etirazlar zamanı saxlanılanların azadlığa buraxılmasından ibarətdir.
Etirazçılara müxalif siyasətçilərlə yanaşı Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili də qoşulub.
Eks-prezident iki gün öncə keçirdiyi brifinqdə vətəndaşları aksiyaya qatılaraq birlik nümayiş etdirməyə çağırıb.
Hazırda aksiyaçılar parlament binasının önündə toplaşıblar. Mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Qeyd edək ki, 2024-cü ilin oktyabrın 26-da Gürcüstanda baş tutmuş parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası 54%-dən çox səslə qalib gəlib. Seçkilərin nəticələrinin elan olunmasından sonra ölkədə etirazlar başlayıb.
Ötən ilin noyabrın 28-də Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edəndən sonra etirazlar genişlənib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq