TDT-yə üzv ölkələrin liderlərinin Zirvə görüşünün gündəliyi açıqlandı
Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşündə iqtisadiyyat, nəqliyyat və ticarət məsələləri müzakirə olunacaq.
KONKRET.az "CNN Türk"ə istinadən xəbər verir ki, tərəflər həmçinin ikitərəfli və regional münasibətlər barədə fikir mübadiləsi aparacaqlar.
Məlumata görə, noyabrın 10-da Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri görüşəcəklər. Bir gün sonra, noyabrın 11-də isə liderlər bir araya gələcək.
Toplantıda təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.
Sammitdə 2009-cu il oktyabrın 3-də Türk Dövlətləri Təşkilatının Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.
Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Türk Dünyası ali medalı" və Özbəkistanın milli medalı təqdim olunacaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü