TƏBİB: "Biz evdə müalicə alan xəstələrə dərman çatdıra bilmirik
TƏBİB: "Biz evdə müalicə alan xəstələrə dərman çatdıra bilmirik"
"Dərmanlar bahadır və ya tapılmır... Bildirim ki, TƏBİB dərman bazarına nəzarəti həyata keçirmir. Ümumiyyətlə, TƏBİB apteklərin fəaliyyətinə məsul qurum deyil".
Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış özünün "Facebook" səhifəsində paylaşdığı statusunda qeyd edib.
E.Baxış bu kimi tənqidlərin TƏBİB-ə aid olmadığını qeyd edib:
"Ümumiyyətlə, məlumat üçün deyim ki, apteklərə fəaliyyəti üçün lisenziyanı İqtisadiyyat Nazirliyi verir, dərman qiymətlərinə isə Tarif Şurası nəzarət edir".
"İnsanlar evdə koronavirusa yoluxub, dərman və ya ərzaq almaq istəyirlər, amma evdən çıxa bilmirlər. Necə edə bilərlər?" kimi sual ünvanlayanlara isə TƏBİB rəsmisi belə cavab verib:
"Bəli, koronavirus xəstələrinin evdən çıxması təhlükədir. Həkimlərimiz də bununla bağlı çağırış edirlər. Amma təəssüflə qeyd edirik ki, bizim belə bir sosial xidmətimiz mövcud deyil. Biz koronavirus xəstələrinə evdə dərman və ya ərzaq çatdıra bilmirik. Onsuz da həkimlərimizin işi çoxdur, bir də təsəvvür edin, onlar insanlara evdə sosial xidmətlər göstərirlər. Bu, fiziki baxımdan mümkündürmü?".
Könül Cəfərli

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız