Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandıBakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların və sosial obyektlərin yaradılması ətraf ərazilərdə daşınmaz əmlaka tələbi artıra bilər.
Bəs belə layihələrin həyata keçirildiyi ərazilərdən mənzil almaq gələcəkdə daha yüksək gəlir əldə etmək üçün nə dərəcədə əlverişlidir?
azxeber.com xəbət verir ki, əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, Bakı şəhərində şəhərin 2040-cı ilə qədər olan Baş planı əsasında istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan həyətlər, binalar və kvartallar sökülərək yerində müasir tələblərə cavab verən çoxmərtəbəli yaşayış binaları və yaşayış kompleksləri tikilməkdə davam edir.
Onun sözlərinə görə, pilot layihə çərçivəsində həyata keçirilən bu layihələr zamanı həmin binalarda, həyətlərdə və komplekslərdə yaşayan vətəndaşlar, yəni əmlak sahibləri, həmin ərazini və ya kvartalı tikən tikinti şirkəti ilə razılaşma əsasında əmlaklarının yenilənməsi və ya yenidən tikilməsi prosesində iştirak edirlər:
"Bu söküntülər zamanı tikinti şirkəti əmlak sahibi ilə razılıq əldə edir. Razılaşma yerində tikiləcək binadan mənzil verilməsi və ya kompensasiya ödənilməsi ilə bağlı olur. Vətəndaş, yəni əmlak sahibi, istəsə söküləcək evinə görə kompensasiya tələb edə bilər, istəsə də yerində tikiləcək, müasir tələblərə cavab verən hündürmərtəbəli binadan əlavə kvadrat daxil olmaqla yeni mənzil tələb etmək hüququna malikdir.
Bu zaman tikinti şirkəti ilə əmlak sahibi arasında dörd mərhələdən ibarət razılaşma əldə edilməlidir. Birinci mərhələdə söküləcək əmlakın ümumi sahəsi ölçülür və tikinti şirkəti ilə əmlak sahibi arasında razılaşdırılır. İkinci mərhələdə isə yerində tikiləcək binadan əmlak sahibinə veriləcək mənzilin sahəsi, yəni əlavə kvadrat daxil olmaqla mənzilin ölçüsü tərəflər arasında razılaşdırılır.
Bundan sonra üçüncü mərhələyə keçilir. Bu mərhələdə mənzilin təmirli, yaxud padmayak şəkildə təhvil verilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilir. Burada da iki seçim var.
Əmlak sahibi yerində tikilən mənzili təmirli şəkildə ala bilər. Əgər bunu istəmirsə, təmir üçün nəzərdə tutulan vəsaiti alaraq mənzili özü təmir etdirə bilər. Bu, üçüncü mərhələdir.
Dördüncü mərhələdə isə kirayə məsələsi həll olunur. Belə ki, bina söküldükdən sonra tikinti şirkəti ilə əmlak sahibi arasında əldə olunan razılaşmaya əsasən, əmlak sahibi yeni bina tikilib təhvil verilənədək kirayə mənzillə təmin edilir. Yeni bina tikilib əmlak sahibinə təhvil verildikdən sonra kirayə ödənişi dayandırılır. Beləliklə, yeni bina tikilib əmlak sahibinə təhvil verilənədək kirayə haqqını tikinti şirkəti öz üzərinə götürür və ödəyir".
Ekspert əlavə edib ki, əmlak sahibinin kompensasiya, pul vəsaiti və ya yeni mənzil variantlarından birini seçməsi məsələsində yerində tikiləcək yeni binadan əlavə kvadratla mənzil əldə etmək daha üstün variant hesab edilə bilər:
"Çünki bina tikilib başa çatdıqdan sonra daha yüksək qiymətə təklif olunur. Əlavə kvadrat və təmir xərclərinin də nəzərə alınması bu variantı investisiya baxımından əlverişli edir.
Yəni bir sözlə, əgər müqayisə etsək ki, söküntü zamanı pul almaq, yoxsa yeni mənzil əldə etmək daha uğurlu və gəlirli hesab edilə bilər, mən konkret deyə bilərdim ki, yerində tikiləcək binadan mənzil götürüb sonradan satmaq əmlakı sökülən vətəndaş üçün daha əlverişli və qazanclı hesab edilə bilər. Çünki əlavə kvadrat daxil olmaqla yeni binadan mənzil əldə edib sonradan satılarsa, bu halda əmlakı sökülən vətəndaş daha çox gəlir əldə edə bilər.

Sosial       Tarix: 12 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər ensonxeberler cəbhədən son xəbərlər 2026 valyuta