TƏBİB-in ekspertindən SOS: "Soyuqdan xəstəlik yaranmaz, amma..."
Ölkə olaraq çətin günlərdən keçirik. Bu hadisələrdə bildiyimiz kimi, səhiyyə sisteminin də böyük rolu, üzərinə düşən ağır yük və məsuliyyəti var. Aylardır COVID-19 infeksiyası ilə mübarizədə bir sıra çətinliklərimiz, uğurlarımız, itkilərimiz oldu. Lakin biz fevral-mart ayında deyilik artıq, koronavirus ilə tanışlığımızdan 1 ilə yaxın vaxt keçib.
Milli.Az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında TƏBİB-in eksperti, infeksionist Nəzrin Mustafayeva deyib. O bildirib ki, həkimlər mart ayında karantin elan olunanda insanlara qoruyucu tədbirlər aşılananda, onları xəstəlikdən qorunmağa çağıranda bir çox çətinliklərlə qarşılaşıblar:
"Biz tibb işçiləriyik, özümüzə belə adaptasiya dövrü çətin oldu, o ki qaldı, qeyri-tibb sahəsinin insanları. Amma düşünürəm ki, kifayət qədər zaman keçib və hamımız öz üzərimizə düşəni, edəcəyimiz tədbirləri bilirik artıq. Mən vətəndaş olaraq qorunmalıyam, maskamı taxmalıyam, həkim olaraq müalicə ilə məşğul olmalıyam, yenilikləri izləməliyəm və s.
Səhiyyə ocaqlarımız, həkimlərimiz, tibb personalımız 2 ciddi sınaqla üz-üzə qalıb. Bir tərəfdən sayları artmaqda olan koronavirus xəstələrinin müalicəsi, digər tərəfdən yaralı hərbçilərin müalicəsi. Bizim bu sınaqlardan az itkilərlə çıxmağımız üçün əhalinin də diqqətli davranmasına, bütün bu sadaladıqlarımı nəzərə almasına və anlayışla qarşılamasına ehtiyacımız var. Bizə onlarla müraciətlər olur, könüllü xidmət etmək istəyənlər olur, həm yaralılara, həm də koronavirus xəstələrinə. Xəstəlikdən özünüzü qorumaqla ən böyük xidməti göstərmiş olarsınız".
Ekspertin sözlərinə görə, yoluxma sayı artmaqda davam edəcək:
"Bunu hələ payız fəslinin əvvəlindən ehtimal edirdik, gözləmədiyimiz vəziyyət deyil, daha da artma ehtimalı var. Səbəblər də artıq hamıya bəllidir, havaların soyuması, qapalı məkanlarda insanların daha çox vaxt keçirməsi, iş yerlərinin açılması və s. Bizim insanımız da hər zaman soyuqdan özünü qoruyan olub, xəstəliklərin soyuqla əlaqəsinin olduğuna ciddi inanmışıq və bunun nəticəsi olaraq təəssüf ki, olduğumuz məkanları soyuq aylarda daha az havalandırırıq. Soyuqdan xəstəlik yaranmaz, amma qapalı mühitdə, havası mütəmadi dəyişilməyən, dolayısı ilə havadakı patogen mikrobların sayı artmış otaqda uzun müddət qalmaqdan xəstəlik yarana bilər".
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar