Bu viruslar beyinə 4 yolla yayılır - Həkimdən XƏBƏRDARLIQ

Bu viruslar beyinə 4 yolla yayılır - Həkimdən XƏBƏRDARLIQ"Xüsusi bir beyin virusu yoxdur. Lakin bəzi viruslar ensefalitə (beyin iltihabına) səbəb olur.  Ensefalit virusları beyinə təsir göstərərək orada müxtəlif zədələnmələr yarada bilir. Əslində, bir çox viruslar beyində ilkin zədələnmələrə gətirib çıxarır. Bu zədələnmələrin fonunda isə mikroorqanizmlər, yəni mikroblar aktivləşərək xəstəliyin inkişafına yol açır".
Bu fikirləri terapevt Rasif Bağırov KONKRET.az-a açıqlamasında səsləndirib.
Bu viruslar beyinə 4 yolla yayılır - Həkimdən XƏBƏRDARLIQ"Virus infeksiyası, məsələn, adi qrip zəif immun sistemli və ya genetik risk altında olan şəxslərdə beyin toxumalarında zədələnmə yarada bilər. Bu zədələnmələr sonradan daha ciddi nevroloji fəsadlara gətirib çıxarır."
Terapevt qeyd edir ki, qorunmaq üçün virus infeksiyası olan şəxslərlə təmasdan çəkinmək, immuniteti güclü saxlamaq, baş ağrısı kimi ciddi simptomlar olduqda dərhal həkimə müraciət etmək tövsiyə edilir.
"Bəzən baş ağrısı infeksiyanın beyinə təsirinin ilkin əlaməti ola bilər. Təəssüf ki, bu cür vəziyyətlərin qarşısını almaq üçün spesifik peyvənd mövcud deyil".
Həkim-neyrocərrah Fuad Dövlətov isə saytımıza açıqlamasında vurğulayıb ki, viral beyin infeksiyaları müxtəlif viruslar tərəfindən törədilir və əsasən meninqit, ensefalit və ya onların birgə forması olan meninqoensefalit kimi özünü göstərir. Bu infeksiyalar bəzi hallarda həyati təhlükə yaradır və təcili tibbi müdaxilə tələb edir.
"Virusların beyinə keçmə yolları:
1.Hematogen yol (qan vasitəsilə):
Ən çox rast gəlinən ötürülmə yoludur. Virus əvvəlcə tənəffüs yollarında, dəridə və ya bağırsaqlarda çoxalır, sonra isə qan dövranı ilə beyinə yayılır.
2.Nevrogen yol (sinirlər vasitəsilə):
Bəzi viruslar, o cümlədən herpes və quduzluq virusu periferik sinirlər boyunca mərkəzi sinir sisteminə daxil olur.
3.Birbaşa yayılma:
Nadir hallarda sinüzit, orta qulaq infeksiyası və ya baş travmasından sonra virus birbaşa beyin toxumasına keçə bilər.
4.Transplasental yol (ana bətnində):
CMV və Zika kimi bəzi viruslar hamiləlik zamanı plasenta vasitəsilə dölə ötürülərək doğuşdan əvvəl infeksiyaya səbəb ola bilər".
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 07 may 2025
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər