TƏBİB-in tabeliyindəki doğum evində yeni doğulan körpə öldü - Səbəb kimi həkim səhvi iddia olunur
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) tabeliyində olan Suraxanı Tibb Mərkəzi 3 saylı doğum evində yeni doğulmuş körpə dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəfərova Əminə Qadir qızının yeni doğulmuş övladı sözügedən xəstəxanada ölüb.
Ölən körpənin valideyni övladının həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişdiyini iddia edir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Əminə Cəfərovaya məxsus tibbi sənədlər araşdırılaraq rəy verilməsi üçün mütəxəssislərə təqdim edilib:
"Əminə Cəfərova hamiləlik müddətində ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata durmamış, Suraxanı Tibb Mərkəzi 3 saylı doğum evinin həkim mama-ginekoloqunun nəzarətində olmuşdur. Mütəxəssislərin rəyinə əsasən mama-ginekoloqun antenatal və stasionar xidmət zamanı fəaliyyəti qiymətləndiriləcək.
Əminə Cəfərovanın övladının meyiti təşrih olunmadığı üçün ölümün bilavasitə səbəbi haqqında fikir söyləmək mümkün deyildir".
Xatırladaq ki, 3 saylı doğum evində doğuş zamanı ölüm halları ilk hadisə deyil. Bundan öncə də sözügedən xəstəxanada bir neçə dəfə yeni doğulan körpə və anna dünyasını dəyişib.

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi