TƏBİB: Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək

TƏBİB: Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək"Yeni Klinika"da müalicə alan doqquz yaralı evə buraxılıb. Onların müalicəsi ev şəraitində davam edəcək.
azxeber.com xəbər verir ki, bunları TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Yeni Klinika"ya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, evə buraxılanların durumu yaxşıdır: "Bu gün Qazaxıstandan gətirilən üç yaralının durumu isə sabitdir".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edib.
İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Sosial       Tarix: 30 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır

Xəbər verdiyimiz kimi, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti v

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hav

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında

İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər. Səfər çərçivəsind

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca

Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto

Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində faciəvi hadisə baş verib. xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyit

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio

"WhatsApp"da mesaj göndərmək üsulu dəyişdi

"WhatsApp" məxfilik funksiyalarını genişləndirməyə hazırlaşır. xəbər verir ki, platforma artıq mətn mesajları üçün də "bir dəfə bax" (View Once) funksiyasını sınaqdan keçirir. Bu yenilik sayəsində istifadəç

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasını


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler cəbhədən son durum xeberlər ən son xəbərlər