TƏBİB vətəndaşlara müraciət etdi

TƏBİB vətəndaşlara müraciət etdiTƏBİB vətəndaşlara müraciət edib.
Qurumdan azxeber.com-a bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 2550 sayda tibbi xidmət vətəndaşlar üçün ödənişsiz qarşılanır.
Qeyd olunub ki, həmin tibbi xidmətlər vətəndaşlara TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.
"Vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslı ambulator tibbi xidmət (yalnız həkim müayinəsi. Məsələn, kardioloq və s.) üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə birbaşa müraciət edə bilərlər. Burada vətəndaşa icbari tibbi sığorta çərçivəsində lazım olan tibbi xidmət ödənişsiz göstərilir.
Lakin bəzi hallarda vətəndaşın ehtiyacı olduğu tibbi xidməti onun müraciət etdiyi dövlət tibb müəssisəsində (Ailə Sağlamlıq Mərkəzi, poliklinika, xəstəxana və s.) göstərmək mümkün olmaya bilər. Bu halda müraciət edilən tibb müəssisəsi vətəndaşa TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisəsində həmin xidməti alması üçün göndəriş vərəqəsi təqdim edir. Nümunə ilə daha aydın izah edək. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzində həkim-uroloqa müraciət edir. Müayinə sonrası vətəndaşa böyrək daşı diaqnozu ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin əməliyyat bu tibb mərkəzində icra olunmadığı üçün vətəndaşa həmin xidmətin göstərildiyi Kliniki Kibbi Mərkəzə göndəriş vərəqəsi verilir.
Məlumat üçün bildirək ki, hazırda dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu göndəriş vərəqəsi həm ailə həkimi (sahə həkimi), həm də dar ixtisaslı həkim (məsələn, kardioloq) tərəfindən verilə bilər.
Vətəndaşa lazım olan tibbi xidməti TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün olmadıqda isə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzinə həkim-otorinolorinqoloqa müraciət edir. Müayinə sonrası vətəndaşa frontit diaqnozu (alın nahiyəsində iltihab) ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin bu əməliyyat həmin tibb mərkəzində və TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisələrində icra olunmadığına görə tibbi xidmətin göstərilməsi üçün vətəndaşa müqaviləli tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir".
Məlumata görə, agentliyin müqaviləsi olan tibb müəssisələrində həm ambulator (həkim müayinəsi, analizlər, müxtəlif cihazlar vasitəsilə müayinələr və s.), həm də stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu zaman göndəriş vərəqəsi dövlət tibb müəssisəsindəki dar ixtisaslı həkim tərəfindən verilir.
"Göndəriş vərəqəsi ödənişsizdir və vətəndaşdan göndərişin verilməsi üçün ödəniş tələb oluna bilməz. Eyni zamanda vətəndaşın təklif olunan tibb müəssisələri arasından istədiyi birini seçmək hüququ var. O, göndəriş vərəqəsi əsasında yönləndirildiyi tibb müəssisəsində icbari tibbi sığortanın vəsaiti hesabına xidmətdən yararlanır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf də Xidmətlər Zərfinə daxil olduğu halda ödənişsizdir. Göndəriş vərəqəsindən istifadə müddəti 10 gündür", - TƏBİB-dən qeyd olunub.
Bildirilib ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa həm dövlət, həm də agentliyin müqavilə bağladığı tibb müəssisələrində dərhal tibbi xidmət göstərilir: "Müqaviləli tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir və həmin xidmət Xidmətlər Zərfinə daxildirsə, icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır. Beləliklə, vətəndaş tibbi xidməti ödənişsiz əldə etmiş olur".

Sosial       Tarix: 21 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler son xəbərlər azərbaycanda krimnal xeber xankendi