Təbrizdə hərbi vəziyyət elan olundu
İranda baş verən etiraz aksiyaları fonunda Təbrizdə gərginlik pik həddə çatıb və şəhərdə faktiki olaraq hərbi vəziyyət elan edilib.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Iran International" portalı yerli sakinlərə istinadən məlumat yayıb.
Sakinlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri tərəfindən şəhərdə qeyri-rəsmi komendant saatı tətbiq olunub və vətəndaşlara axşam saat 20:00-dan sonra küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
"Təbrizin tarixi Böyük Bazarı və iri ticarət mərkəzləri fəaliyyətini tamamilə dayandırıb. Şəhərdə ciddi ərzaq qıtlığı yaranıb, bəzi məhəllə mağazaları günün müəyyən saatlarında açıq olsa da, ət, toyuq və düyü kimi məhsulları tapmaq demək olar ki, qeyri-mümkündür. Şəhərin təkcə mərkəzi küçələrində deyil, ən ucqar məhəllələrində belə çox sayda hərbi texnika və silahlı təhlükəsizlik əməkdaşları yerləşdirilib", – deyə adının çəkilməsini istəməyən sakinlərdən biri nəşrə söyləyib.
Qeyd edək ki, sözügedən vəziyyət İranda dekabrın sonundan başlayan və iqtisadi böhranla bağlı alovlanan kütləvi etiraz aksiyaları fonunda baş verir. Rəsmi Tehran hələlik Təbrizdəki hərbi mövcudluq və tətbiq edilən məhdudiyyətlərlə bağlı rəsmi açıqlama verməyib.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər