TƏCİLİ: "Apreldə Rusiya Ermənistanla bağlı ciddi hərəkətə keçəcək" - Ekspertdən XƏBƏRDARLIQ

TƏCİLİ: "Ermənistan-Rusiya münasibətlərində dərin böhran hökm sürür. Bunu siyasi və sözlü atışmalar sübut edir".
KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə erməni politoloq Armen Petrosyan çıxış edib.
O bildirib ki, böhranın dərinləşdirilməsi təşəbbüsünün kimdən gəldiyini söyləmək çətindir.
"Ermənistanın təşəbbüskar olması fakt deyil. Moskvanın İrəvandan gözləntilərinin olduğu açıq-aydın görünür ki, bu da Azərbaycanla danışıqların Rusiya platformasına keçməsi ilə bağlı ola bilər. Ermənistan 9 noyabr 2020-ci il tarixli bəyanatla baş verənləri nəzərə alaraq məlum səbəblərə görə buna qarşıdır", – ekspert vurğulayıb.
Onun fikrincə, 2024-cü il qlobal dəyişikliklər baxımından həlledici olacaq və bu kontekstdə Rusiyanın aydın mövqeyi nəzərə çarpır.
Petrosyan hesab edir ki, indi Rusiya qəti addımlar atmağa hazırdır.
"Rusiya deyir: "Ya bütün istiqamətlərdə bizimləsən, ya da heç bizimlə deyilsən". Moskva göstərmək istəyir ki, bundan sonra yalnız tərəfdaşlar üçün faydalı olan sahələrdə (indiki halda Ermənistan) əməkdaşlıq olmayacaq, ona görə də işləsək, bu, bütün sahələrdə olacaq", – o qeyd edib.
Politoloq hesab edir ki, bu fonda apreldə, Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Moskvanın Ermənistana qarşı daha aydın addımlar atacağını gözləmək olar.
"Məsələn, Rusiya Ermənistanda qazın qiymətini artırarsa, bu, ciddi iqtisadi problemlər yaradacaq. Digər tərəfdən, belə bir qərar Ermənistan hakimiyyətinə qarşı əhali arasında kəskin narazılığın artmasına səbəb ola bilər", – deyə erməni politoloq bildirib.
Petrosyan Ermənistanın Avropa Birliyinə üzvlüyə görə namizəd statusu üçün ərizə verməyə hazır olması ilə bağlı bəyanatını Moskvanın kəskin addımlarıına qarşı İrəvanın nə edə biləcəyi ilə bağlı Rusiyaya siqnal adlandırıb.
Onun sözlərinə görə, Aİ bu halda çox cəld reaksiya verəcək, çünki bu, Ermənistanı Rusiyadan qoparmaq üçün fürsət olacaq.
"Bu həm də Azərbaycan və Türkiyəyə bir siqnal ola bilər ki, əgər münasibətləri nizamlamasalar, Ermənistan iqtisadi, siyasi və təhlükəsizlik təminatı ala bilər. Lakin bütün bunlar ritorika səviyyəsində baş verir, hələlik praktiki addımlar yoxdur", – ekspert əlavə edib.
O, istisna etməyib ki, prosesdə Rusiya Ermənistana şirnikləndirici görünəcək təkliflər verə bilər ki, bu da İrəvanı hazırkı yanaşmalarına yenidən baxmağa məcbur edəcək.
"Ermənistan hakimiyyəti uzunmüddətli perspektivə əsaslanan qərarlar qəbul etməli və mümkün riskləri idarə etməyi bacarmalıdır", – deyə politoloq fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 05 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər sou xeberler xeberler bu gun xeberler bugun