TƏCİLİ! Ələkbərov qardaşları ilə bağlı iş üzrə həbslər başladı
Finlandiyada Finlandiya körfəzində sualtı telekommunikasiya kabelinin zədələnməsi işi üzrə iki nəfər həbs edilib. Finlandiya hakimiyyət orqanlarının məlumatına görə, insident Sankt-Peterburqdan İsrailin Hayfa limanına Sent-Vinsent və Qrenadinlər bayrağı altında hərəkət edən Fitburg yük gəmisi ilə əlaqəlidir.
KONKRET.az xəbər verir ki, polisin bildirdiyinə görə, gəmi bir neçə saat ərzində Finlandiyanın iqtisadi zonasında dəniz dibində lövbərini sürüyüb ki, bu da Elisa şirkətinə məxsus kabelin zədələnməsinə səbəb olub. İstintaq ağır maddi ziyan vurulması və rabitə sisteminin fəaliyyətinə müdaxilə maddələri üzrə aparılır. Kabel hələlik bərpa olunmayıb, dəymiş zərərin yekun məbləği müəyyənləşdirilir.
Gəminin 14 nəfərlik heyətindən iki nəfər həbs edilib, daha iki nəfər barəsində ölkəni tərk etmə qadağası tətbiq olunub. Heyət üzvləri arasında Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olub. Finlandiya polisi bildirir ki, aparılan dindirilmələr heyət üzvlərinin rollarını aydınlaşdırmağa imkan verib, lakin insidentdə hər hansı dövlətin iştirakı ilə bağlı hələlik nəticə çıxarılmır.
Bundan əlavə, Finlandiya gömrüyü gəminin göyərtəsində Avropa İttifaqının sanksiyalarına düşən Rusiya mənşəli konstruksiya poladı aşkar edib. Yük müsadirə olunub, Aİ-nin sanksiya qanunvericiliyinin mümkün pozulması ilə bağlı ayrıca araşdırmaya başlanılıb.
Fitburg gəmisi Fitburg Shipping Co Ltd şirkətinə məxsusdur və baş ofisi Türkiyədə yerləşən Albros Shipping & Trading Ltd gəmiçilik şirkəti tərəfindən idarə olunur. Albros Shipping & Trading şirkətinin əsas sahibi və rəhbəri Azərbaycandan olan iş adamı Raim Ələkbərovdur. O, qardaşları Rauf və Rasim Ələkbərovlarla birlikdə Türkiyə ilə Rusiya arasında dəniz daşımaları sahəsində əsas oyunçulardan biri hesab olunur. Şirkət eyni zamanda Azərbaycan, Rusiya və Türkiyə bazarlarında fəaliyyət göstərir. Hazırda Albros Shipping & Trading şirkətinə qarşı hər hansı sanksiya tətbiq edilməyib.
Natiq Səlim,
KONKRET.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA