TƏCİLİ! İsrail Türkiyə gəmisini VURDU - FOTO

TƏCİLİ! İsrail Türkiyə gəmisini VURDU - FOTOQəzzaya humanitar yardım aparan "Conscience" gəmisi hücuma məruz qalıb. 
Aralıq dənizində, Malta sahilləri yaxınlığında Qəzza zolağına humanitar yardım aparan Conscience (Vicdan) adlı gəmi hücuma məruz qalıb. Gəminin göyərtəsində bir qrup Türkiyə vətəndaşının da olduğu bildirilir.
KONKRET.az xəbər verir ki, ilkin məlumatlara görə, hücumu İsrailin təşkil etdiyi iddia olunur. Bu barədə Türkiyənin aparıcı media qurumları məlumat yayıb. Hadisə ilə bağlı hələlik rəsmi təsdiq və ya təkzib verilməyib, lakin hadisə beynəlxalq aləmdə ciddi narahatlıq doğurub.
Türkiyə mətbuatında yayılan xəbərlərə əsasən, Conscience gəmisi bir neçə gün öncə Qəzza zolağına ərzaq, dərman və digər zəruri yardım ləvazimatları çatdırmaq məqsədilə Aralıq dənizinə yola düşüb. Missiyanın məqsədi bölgədə humanitar böhranın qarşısını almaq və ehtiyac içində olan fələstinlilərə yardım etmək idi.
Gəminin kim tərəfindən və hansı şəraitdə hücuma məruz qaldığı ilə bağlı detallı məlumat verilməsə də, bəzi mənbələr hadisənin planlı şəkildə həyata keçirildiyini və gəmiyə yaxın məsafədən müdaxilə edildiyini bildirir.
Hadisənin baş verməsi regionda gərginliyi daha da artırmaq riski daşıyır. Analitiklər bu hücumun beynəlxalq hüququn pozulması olduğunu və mülki humanitar missiyalara qarşı qəbuledilməz təhdid təşkil etdiyini vurğulayırlar.
Türkiyə Xarici İşlər Nazirliyinin yaxın saatlarda rəsmi açıqlama ilə çıxış edəcəyi gözlənilir. Eyni zamanda, hadisə ilə bağlı beynəlxalq insan haqları təşkilatlarının və BMT-nin də münasibət bildirməsi ehtimal olunur.
Xatırladaq ki, bu ilk belə hadisə deyil. 2010-cu ildə İsrail ordusu Qəzzaya yardım aparan "Mavi Marmara" gəmisinə dəhşətli hücum etmiş, nəticədə 10 Türkiyə vətəndaşı həlak olmuşdu. Bu hadisə Türkiyə-İsrail münasibətlərində illərlə davam edən diplomatik gərginliyə səbəb olmuşdu.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 02 may 2025
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bugünki xəbərlər son xəbər xeber