TƏCİLİ: Rusiya sülhməramlılarının Qarabağdan çıxış planı üzrə yol xəritəsi hazırlanır - AÇIQLAMA

TƏCİLİ: Rusiya sülhməramlılarının Qarabağdan çıxış planı üzrə yol xəritəsi hazırlanır - AÇIQLAMA</p> 
 <p>Bişkekdə MDB dövlət başçılarının sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev dünən Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşün mətbuat üçün açıq olan hissəsində Rusiya prezidentinin əhval-ruhiyyəsinin yerində olmadığı hiss olunurdu. Qaş-qabağı yerlə gedən Putinin jestləri əslində onun sözlü adama oxşadığını göstərirdi. Bir sözlə, bədən dili Rusiya prezidentinin həmişəki durumda olmadığını nümayiş etdirirdi. Mütəxəssislər hesab edir ki, bu, İlham Əliyevlə təkbətək görüşdə müzakirə olunan məsələylə bağlıdır. Qapalı görüşdə hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb. Amma ehtimal olunur ki, liderlər daha ciddi detalları saf-çürük ediblər. Çox güman ki, müzakirə edilən əsas məsələ Qarabağla bağlıdır.
Mövzunu KONKRET. az-a şərh edən politoloq Orxan Amaşov bildirib ki, Qarabağ məsələsi çoxdan yekunlaşıb, Vladimir Putin də bunu dəfələrlə etiraf edib:
TƏCİLİ: Rusiya sülhməramlılarının Qarabağdan çıxış planı üzrə yol xəritəsi hazırlanır - AÇIQLAMA</p> 
 <p>"Rusiya-Azərbaycan münasibətləri kontekstində Qarabağ komponentindən geri qalan əsas məsələ Rusiya sülhməramlıları ilə bağlıdır. Rusiya sülhməramlıları ilkin mərhələdə öz saylarını azaltmalı, sonra bölgədən tamamilə çıxmalıdırlar. Ola bilsin ki, saylarını azaltmadan müəyyən tarixdə birbaşa çıxsınlar. Amma zənn edirəm ki, bu, mərhələli şəkildə olacaq. Bu günlərdə Şuşada və Laçında olan zaman postlarına diqqət yetirdim. Onların saylarında azalma müşahidə olunur. Ola bilər ki, bazalarına yığışıblar, amma gözə görünən saylarında azalma var. Məndə belə bir təsəvvür yaranıb ki, Rusiya sülhməramlıları artıq Qarabağdan çıxış planı üzrə yol xəritəsi tərtib etmək istəyirlər və onun əsasında da regiondan çıxmağı planlaşdırırlar. Ümumiyyətlə, sülhməramlılarla bağlı məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Azərbaycan qəbul edən, Rusiya isə sülhməramlıları göndərən dövlətdir. Burada Ermənistanın heç bir rolu yoxdur. Baxmayaraq ki, üçtərəfli bəyanatda sülhməramlılarla bağlı müddəa öz əksini tapıb və Ermənistan da onu imzalayıb. Müharibə Azərbaycan və Ermənistan arasındaydı. İndiki mərhələdə Azərbaycanın gözündə bu məsələ üç il əvvəl həllini tapıb. Onun da məntiqi əsası var, çünki Qarabağın statusu artıq 10 noyabrdan sonra müzakirə olunmur. Ola bilər ki, Rusiya Azərbaycanın bu məsələdə artıq son nöqtə qoymasının müəyyən tərəflərini həzm edə bilmir. Bu, bir az ehtimaldır. Amma mən hesab edirəm ki, Moskva Azərbaycandan narazı deyil. Rusiya həmişə yerini dəyişən vəziyyətdə adekvat reaksiya verməyə məcbur olub. Rusiya istəmirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın. Amma yerdə vəziyyət dəyişəndən sonra onlar da adekvat reaksiya verməyə başladılar. Çünki belə olmasa Azərbaycanda da öz nüfuzlarını itirə bilərlər. Narazılıq da bununla bağlı ola bilər".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 13 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler cəbhədən son xəbərlər 2026 xeber saytlari