"Təhlükənin qarşısını almaq üçün Azərbaycanı gücləndirmək istiqamətində hər şeyi edəcəyik

"Təbii ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır, ona görə də biz buna ciddi yanaşırıq. Biz "strateji" sözünü heç bir ölkə üçün boş yerə işlətmirik".
Bunu APA-ya müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
Diplomat bildirib ki, bu mənada ölkələr arasında tərəfdaşlıq dərindir və müxtəlif sahələri əhatə edir:
"Bu sahələrdən biri təhlükəsizlikdir və bizim Qarabağ məsələsi ilə bağlı da mövqeyimiz çox aydın olub - biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Onu da anlayırıq ki, Azərbaycan ona hədə-qorxu gəlməkdən çəkinməyən qonşularla, özünün müstəqilliyinə və ya ərazi bütövlüyünə açıq və ya üstüörtülü təhdidlər səsləndirən ölkələrlə çətin bir qonşuluqda yaşayır. Biz dost kimi hər hansı qüvvələrdən tərəfdaşımız Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik. İki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında deyə biləcəyim bu qədərdir".
Səfir bir neçə ay əvvəl İsrailin müdafiə naziri Benni Qantzın Azərbaycana gözlənilməz səfərindən danışıb:
"Cənab Qantzın səfərinin məqsədinə gəlincə, sizə deyə bilərəm ki, adətən, müdafiə nazirlərinin səfərləri media üçün sürpriz olur. Çünki nazirlərimiz səfər edərkən bunu şou üçün, sırf manşet üçün etmirlər, müzakirə olunacaq çox məqam var. Səfərin əsl məqsədi əməkdaşlığımızın mahiyyəti barədə müzakirələr aparmaqdan ibarət idi. Təəssüf ki, bu cür məsələlər barədə açıq danışa bilmərəm, amma sizə deyə bilərəm ki, İsraildə ümumi seçkilərə bir neçə gün qalmış hər hansı bir siyasətçinin seçki kampaniyasını tərk edib xarici ölkəyə getməsi çox çətindir. Müdafiə naziri bunu edirsə, deməli, bu, onun üçün və ölkələrimiz üçün çox vacib idi". / azxeber.com

Siyasi       Tarix: 15 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün sonxəbər butun xeberler en yeni xeberler