Təhlükəsizlik xidməti hər bir dövlətin onurğa sütunudur' - Azərbaycan xalqı DTX-ə minnətdarlıq bildirməlidir

Təhlükəsizlik xidməti hər bir dövlətin onurğa sütunudur' - Azərbaycan xalqı DTX-ə minnətdarlıq bildirməlidir"Təhlükəsizlik xidməti hər bir dövlətin onurğa sütunudur. Təhlükəsizlik olmayan yerdə dövlətin hər hansı inkişafını təsəvvür etmək olmaz".
Bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili münasibətilə danışarkən deyib.
Təhlükəsizlik xidməti hər bir dövlətin onurğa sütunudur' - Azərbaycan xalqı DTX-ə minnətdarlıq bildirməlidirEkspert əlavə edib ki, Azərbaycanda DTX-nin ilkin fəaliyyəti Heydər Əliyevlə bağlıdır:
"Bu baxımdan, əlbəttə ki, Dövlət Təhlükəsizlik Xidmətinin rolu hər bir dövlətin və xüsusən də Azərbaycanın inkışafında danılmazdır. Biz təhlükəsizlik xidməti deyərkən ilk növbədə Ulu Öndər Heydər Əliyevi nəzərdə tuturuq. Çünki Azərbaycanın fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinin inkişafında hələ Sovet dönəmində Ümumilli lider Heydər Əliyevlə bağlıdır. Heydər Əliyev Azərbaycana qayıtdıqdan sonra da Dövlət Təhlükəsizliyi Xidmətinin tərəqqisində çox böyük işlər görüb. Onun siyasi davamçısı  olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev Dövlət Təhlükəsizliyi Xdimətinə daim qayğısını və diqqətini göstərmişdir. Bu qurumun əməkdaşları fəaliyyətlərində peşəkarlıq göstərdikləri üçün yüksək səviyyədə qiymətləndirirlər.
Dövlət Təhlükəsizliyi Xidməti hələ Ulu Öndərin vaxtında Azərbaycanı xaricdə baş verən müəyyən təhlükə və təzyiqlərdən müvəffəqiyyətlə qorudu və Konstitusiya quruluşunu təhlükə yaranarkən respublikanı müdafiə edib. Digər tərəfdən, mən deyərdim ki, Dövlət Təhlükəsizliyi Xidməti artıq yeni Azərbaycanın tarixində, cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətində də böyük inkişafa qədəm qoyub. Bunun nəticəsidir ki, ermənilər və digər xaricdən olan terrorçuluq fəaliyyəti güdən, habelə başqa məqsədlərlə - separatçılıqla məşğul olanların qarşısını böyük əzmlə alaraq Azərbaycanın təhlükəsizliyini təmin ediblər. DTX-nin hərbçiləri 44 günlük Vətən Müharibəsində çox böyük qəhrəmanlıqlar göstərib. Biz demək olar ki, vaxtilə işğalda olan Azərbaycan torpaqlarının hər bir qarışının azad edilməsini, hər bir yaşayış məntəqəsində Təhlükəsizlik Xidmətinin peşəkar heyətinin döyüş fəaliyyətinin nəticələrini müşahidə edirik".
Hərbi ekspert hesab edir ki, Azərbaycan bu gün dünyada terror təhlükəsizliyi yox səviyyədə olan ölkələrdən biridir və buna əsas səbəb Dövlət Təhlükəsizliyi Xidmətidir:
"Bu gün Azərbaycan terror təhlükəsi yox dərəcədə olan ən sakit ölkələrdən biri sayılır. Həmin sabitliyi də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin nəticəsi kimi qəbul etmək olar. DTX-nin bugünkü aktiv və peşəkar fəaliyyəti nəticəsində Azərbaycan terrorçuluğa qarşı ən məhsuldar respublika sayılır. Geosiyasi mühitə baxsaq, görərik ki, terrorçuluq bu gün ən aktiv şəkildə yüksələn dövrdədir. Lakin Azərbaycan özünü bu təhlükələrdən qoruya bilib. Bu gün Azərbaycan terrorçuluqdan qorunmağa görə ən firavan ölkələrdən sayılır. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev özü 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olaraq yüksək peşəkarlıqla DTX-nin orqanlarını bilavasitə idarə edərək inkişafında əvəzedilməz rol oynayır. Mən hesab edirəm ki, 105 ili tamam olan Dövlət Təhlükəsizliyi Xidməti yüksək fəaliyyəti məhz antiterror tədbirlərindən sonra əldə edilmiş Qarabağ İqtisadi rayonunda böyük nailiyyətlərlə qarşılayıb. Bu qürurlu və şərəfli peşəni yerinə yetirən əməkdaşları bütün xalq və mən də ürəkdən təbrik edirik, onlara xoş arzularımızı çatdırırıq. Doğrudan da, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan xalqının qürur nöqtəsidir".
Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili münasibətilə azxeber.com-a açıqlama verən ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, DTX-nin əməkdaşları hər iki Qarabağ Müharibəsində, xüsusilə də Vətən Müharibəsində qəhrəmanlıq nümunələri nümayiş etdiriblər:
Təhlükəsizlik xidməti hər bir dövlətin onurğa sütunudur' - Azərbaycan xalqı DTX-ə minnətdarlıq bildirməlidir"Azərbaycan dövlətinin təhlükəsizliyini təmin olunmasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) müstəsna əhəmiyyət daşıyan bir güc strukturudur. Həm Birinci Qarabağ Müharibəsində, həm İkinci Qarabağ Müharibəsində, həm də Vətən Müharibəsindən sonrakı dövrdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bir çox qəhrəmanlıq nümunələri nümayiş etdiriblər. Qarabağ Müharibəsində təhlükəsizlik orqanlarının 6 əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Xidmətdə isə 7 Vətən Müharibəsi qəhrəmanı fəaliyyət göstərir. Təhlükəsizlik məsələlərində onurğa sütununu təşkil edən DTX-nin fəaliyyətlərinin bir çoxu vətəndaşlar üçün bir sirr olaraq qalır. Lakin biz zaman-zaman da olsa terrorçuların Azərbaycana qarşı fəaliyyətlərinə dair məlumatlara, səs yazılarına, DTX-nin əhaliyə xəbərdarlıqlarına rast gəlirik ki, bunun da arxasında böyük, fasiləsiz təhlükəsizlik prosedurları dayanır".
Hərbi ekspert əlavə edib ki, Azərbaycan xalqı bu gün sakit və təhlükəsiz yaşayırsa, buna görə DTX-ə minnətdarlıq bildirməlidir:
"Digər tərəfdən isə 30 il Azərbaycana qarşı fəaliyyət göstərən Qarabağdakı separatçı rejimin rəhbərlərini də məhz Bakıya DTX-nin əməkdaşları həbs edərək gətiriblər. Sabit və təhlükəsiz bir şəkildə yaşaya biliriksə, biz buna görə DTX-nin fədakar əməkdaşlarına minnətdar olmalıyıq. 
Vətən Müharibəsi zamanı yüksək rütbəli erməni zabitlərinin koordinatlarının təyin olunmasında və nəticədə həmin şəxslərin maşınlarında belə hərəkət edərkən izlənilməsi sonradan məhv edilməsində də Dövlət Təhlükəsizliyi Xidmətinin böyük rolu olub. Azərbaycanıln qürur yeri olan Dövlət Təhlükəsizliyi Xidməti öz imkanlarına görə dünyanın aparıcı ölkələrinin xüsusi xidmət orqanlarından heç də geridə qalmır. Bir çox yaranmasının 105 illiyini qeyd edən xüsusi xidmət orqanlarının əməkdaşları öz imkan və potensiallarına görə Azərbaycanı beynəlxalq səviyyədə də layiqincə təmsil edirlər. Bu gün mən də öz adımdan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarını təbrik edirəm, onlara şərəfli vəzifələrinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzu edirəm".
Mikayıl Mirzəzadə 
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.
Təhlükəsizlik xidməti hər bir dövlətin onurğa sütunudur' - Azərbaycan xalqı DTX-ə minnətdarlıq bildirməlidir

Siyasi       Tarix: 28 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberlər kriminal xeberler xeberler bugun