Tehran əsas müttəfiqini itirdi: İki ordu hərəkətə keçdi

Tehran əsas müttəfiqini itirdi: İki ordu hərəkətə keçdiTürkiyə Silahlı Qüvvələrinə məxsus hərbi maşın karvanının Suriyanın İdlib şəhəri istiqamətində hərəkət etdiyinə dair məlumatlar yayılıb. Türkiyəli hərbçilərin İdlibə Bab əl-Hava sərhəd-keçid məntəqəsindən daxil olduqları bildirilir. 
Həmçinin Suriya hökumətinə tabe olan silahlı qüvvələr də keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərləri istiqamətində hərəkətə keçiblər. Əsəd tərəfdarları ilə yaşanan qarşıdurmada artıq onlarla insanın öldüyü, çox sayda yaralının olduğu bildirilir.
Suriyadakı vəziyyət necə nəzarət altına alınacaq? Türk ordusunun hərəkətə keçməsi nədən xəbər verir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Suriyada baş verən hadisələr burada müxtəlif qruplarının toqquşması kimi analiz edilə bilər:
"Birinci olaraq Devrilmiş prezident Bəşər Əsədə bağlı qruplar yeni hökumətin tərkibində təmsil olunmağa çalışır, həmçinin əllərində olan sərvətlərdən imtina etmək istəmirlər. Əhməd əl-Şara hökumətində olan şəxslər isə müxtəlif qrupları təmsil edirlər. Bunlar təkcə onun öz tərəfdarları deyil. Eyni zamanda Əsədin tərəfdarları da yeni hakimiyyətdə təmsil olunmağa can atırlar. Bu səbəbdən öz güclərini göstərməyə çalışırlar.
İkinci vacib məsələ isə İranın burdakı mövqeyidir. Əsəd devrildikdən sonra Tehran bölgədəki ən güclü müttəfiqindən məhrum olmaqla bərabər, Yaxın Şərqdəki proksilərinə dəstək göndərmək üçün tranzit yolunu da itirdi. İran Suriyada əlindən çıxan imtiyazları geri qazanmaq istəyir.
Tehran əsas müttəfiqini itirdi: İki ordu hərəkətə keçdiZeynal Əmrəliyev
Üçüncü maraq qrupu isə Rusiyadır. Suriyada xeyli sayda rus hərbi bazaları var. Onların gələcək taleyi ilə bağlı danışıqlar gedir. Kreml bu məsələdə əl-Şara hökumətinə təzyiq üçün Əsədin tərəfdarlarından istifadə edə bilər. Üsyançıların Rusiyadan hava dəstəyi istəməsi və Moskvanın hələ ki, sakit qalması bu ehtimalları gücləndirir".
Politoloq bildirib ki, Suriyanın bütövlüyü və mövcud hökumətin ayaqda qalması Türkiyə üçün vacibdir:
"Suriya savaşından qalib çıxan ölkə faktiki olaraq Türkiyə oldu. Əl-Şara hökuməti eyni zamanda Səudiyyə Ərəbistanı tərəfindən də ciddi şəkildə dəstəklənir. Türkiyə Suriya hökumətinə dəstək göstərməkdə davam edəcək. Böyük ehtimalla yaxın zamanda üsyan yatırılacaq. Çünki həm sayları azdır, həm də bir o qədər güclü texnikaları yoxdur. Ancaq bu cür üsyanlar Suriya ərazisində zaman-zaman olacaqdır. Çünki bu ölkə olduqda fərqli siyasi, etnik və dini qrupların toplaşdığı ərazidir".

Siyasi       Tarix: 10 mart 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber son xəbərlər bugün 2026 son xeberler bugun xəbər.az