Tehran razılaşmadan imtina etsə, ABŞ İranın neft ixracını sıfıra endirəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Tehranla nüvə proqramı üzrə razılıq əldə olunmasa, Birləşmiş Ştatlar İrana maksimal təzyiq göstərəcək və bu ölkənin neft ixracını tamamilə dayandıracaq.
Ağ Ev rəhbəri bu fikirləri Ər-Riyadda keçirilən Səudiyyə-ABŞ investisiya forumunda çıxışı zamanı səsləndirib.
"İranla razılaşma əldə etmək istəyirəm. Əgər buna nail olsam, çox sevinərəm. Bu halda regionunuz və bütövlükdə dünya daha təhlükəsiz yerə çevriləcək. Lakin İran rəhbərliyi bu sülh təklifini rədd etsə və qonşularına qarşı təcavüzü davam etdirsə, bizə yalnız bir yol qalır – əvvəllər etdiyim kimi, İrana qarşı kəskin təzyiqlər tətbiq edib neft ixracını sıfıra endirmək", – deyə Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, onun administrasiyası İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək:
"İran heç vaxt nüvə silahına sahib olmayacaq" - Tramp qeyd edib.
///Apa / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir