Tehranda atəş səsləri - Onlarla ölən, minlərlə saxlanılan var

Tehranda atəş səsləri - Onlarla ölən, minlərlə saxlanılan varİranda kütləvi etiraz aksiyaları misli görünməmiş miqyas alıb. Paytaxt Tehran başda olmaqla ölkənin onlarla şəhərində minlərlə insan hökumət əleyhinə etirazlarla küçələrə çıxıb. Etirazların zorakılıq mərhələsinə keçməsi nəticəsində onlarla insanın həlak olduğu, minlərlə şəxsin saxlanıldığı bildirilir.
Paytaxtda atəş səsləri, internet kəsilib
Məlumatlara görə, Tehranın müxtəlif rayonlarında kütləvi atışma səsləri eşidilir. Sosial şəbəkələrdə və regional hərbi kanallarda yayılan xəbərlərə əsasən, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün silahdan istifadə edib. Eyni zamanda, bu gün Tehranda və ölkənin bir sıra digər bölgələrində bir neçə mobil operator üzrə internet bağlantısı tam və ya qismən dayandırılıb.
"Üç şəhər etirazçıların nəzarətindədir" iddiası
Bəzi xarici və regional KİV-lər etirazçıların artıq üç şəhərə faktiki nəzarət etdiyi barədə məlumat yayıb. Son olaraq Kərəc şəhərinin də bu siyahıya daxil edildiyi bildirilir. Məlumatlara görə, etirazçılar yolları bağlayır, polis məntəqələrini yandırır, təhlükəsizlik qüvvələri isə buna cavab olaraq birbaşa atəş açır.
Rəsmi Tehran bu məlumatları qəti şəkildə təkzib edir və heç bir şəhərin nəzarətdən çıxmadığını bildirir.
Etirazlar ölkə üzrə yayılıb
Mövcud məlumatlara əsasən, etirazlar artıq 27 vilayətdə 92 şəhəri əhatə edir. Son günlər ərzində ölkə üzrə 285 müxtəlif nöqtədə aksiyalar və toqquşmalar qeydə alınıb. Bu, İranda son illərin ən genişmiqyaslı daxili etiraz dalğası kimi qiymətləndirilir.
Ölənlər və saxlanılanlar
İlkin məlumatlara görə, ölkə üzrə 2000-dən çox şəxs saxlanılıb. Həlak olanların sayı təxminən 45 nəfər olaraq göstərilir. Ölənlər arasında 4 azyaşlı və 2 polis əməkdaşının olduğu bildirilir. Rəqəmlər rəsmi mənbələr tərəfindən tam təsdiqlənməsə də, insan haqları təşkilatları itkilərin daha çox ola biləcəyini istisna etmir.
Etirazların səbəbi: iqtisadi böhran
Etirazlar dekabrın son günlərində başlayıb. Onlara əsas səbəb milli valyuta – rialın kəskin ucuzlaşması, bunun fonunda isə ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərinin sürətlə artması göstərilir. Yanvarın əvvəllərindən etibarən dinc aksiyalar kütləvi iğtişaşlara və vandalizm aktlarına çevrilib.
ABŞ-dan sərt xəbərdarlıq
Proseslər fonunda ABŞ-dan da sərt bəyanatlar səslənib. Amerikalı senator Lindsi Qrem (Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısına daxil edilib) Donald Tramp adından İran hakimiyyətinə açıq hədələrlə çıxış edib:
"Əgər siz daha yaxşı həyat tələb edən öz vətəndaşlarınızı öldürməyə davam etsəniz, Tramp sizi məhv edəcək. Yardım artıq yoldadır", – deyə senator bildirib.
Gərginlik artır, qeyri-müəyyənlik qalır
Hazırda İranda vəziyyət son dərəcə gərgin olaraq qalır. Təhlükəsizlik qüvvələrinin sərt tədbirləri, informasiya blokadası və rəsmi açıqlamaların məhdudluğu hadisələrin real miqyasını qiymətləndirməyi çətinləşdirir. Analitiklər hesab edirlər ki, proseslər nəzarətdən çıxarsa, bu, təkcə İran üçün deyil, bütün region üçün ciddi təhlükəsizlik riskləri yarada bilər.
Natiq Səlim,
KONKRET.az

Hadisə       Tarix: 09 yanvar 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı

Ucarda sərnişin avtobusu yanıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olar "İkarus" markalı sərnişi

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler