Tehranda üçtərəfli sammit BAŞA ÇATDI - YENİLƏNİB
Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, görüşün sonunda birgə bəyannamə qəbul edilib.
23:01
Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü keçirilir.
KONKRET.az bu barədə "Habertürk"ə istinadən xəbər verir.
Görüşdə çıxış edən İran Prezidenti İbrahim Rəisi deyib ki, Suriyada yeganə həll yolu diplomatiyadır. Hərbi müdaxilə problemi artırır.
Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, suriyalılar xarici müdaxilə olmadan öz müqəddəratlarını həll etməlidirlər.
"Ölkələrimiz Suriya torpaqlarında mövcud olan terror yuvalarını aradan qaldırmaq üçün səy göstərəcək. Suriyalı qaçqınlar üçün əlimizdən gələni etməliyik", – Putin qeyd edib.
Türkiyə lideri öz növbəsində vurğulayıb k, Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir:
"Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir. PKK, PYD, YPG terroru hamımızın ortaq problemidir. Mən inanıram ki, biz birlikdə bu məqsədlərə nail olacağıq. Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək".
22:46
Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, İbrahim Rəisi və Vladimir Putinin iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başlayıb.
KONKRET.az xəbər verir ki, sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.
Rusiya, İran və Türkiyə Prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir bir neçə dəfə təxirə salınmışdı.

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?