"Tehrandakı səfirliyimiz uzun müddət açılmayacaq" - İLGİNC AÇIQLAMA
İrandakı səfirliyimiz məlum terror hadisədən sonra işini dayandırıb. Azərbaycan məsələnin obyektiv araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı haqlı tələb irəli sürsə də, rəsmi Tehran terrorla bağlı heç bir iş görmür. Belə olan halda səfirliyimizin açılıb-açılmayacağı məsələsi gündəmə gəlir. Bəs görəsən, proses necə cərəyan edə bilər? İran obyektiv araşdırma aparmasa, vəziyyət necə olacaq?
MövzunuKONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, terror hücumu İran tərəfindən obyektiv araşdırılmasa, Azərbaycan hər hansısa bir güzəştə getməyəcək və Tehrandakı səfirliyimiz uzun müddət açılmayacaq: "Azərbaycanın tələbi ondan ibarətdir ki, məlum vəziyyət obyektiv şəkildə araşdırılsın və günahkar şəxslər cəzalandırılsın. Yalnız bundan sonra səfirliyimizin açılması ilə bağlı məsələ haqqında düşünmək olar. Bizim üçün də səfirliyimizin fəaliyyətinin dayandırılması xoş deyil. Amma bu addımı atmağa məcburuq. Çünki beynəlxalq hüquqlarımız pozulub, vətəndaşımız şəhid olub. Bu səbəbdən də, sözügedən məsələ həllini tapmadan prosesi bərpa etməyimiz həm şəhidimizə hörmətsizlik olar, həm də dövlətin xarici siyasi maraqları zərbə altına düşə bilər. Bütün bu məsələlər çox önəmlidir. Prezident İlham Əliyev də bəyan etdi ki, məsələ tam araşdırılmadan və obyektiv qərar çıxarılmadan səfirliyin bərpası haqda düşünülmür. Bu, o deməkdir ki, proseslərin necə cərəyan edəcəyi İranın hərəkətlərindən və atacağı addımdan asılıdır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi