Tehranın Bakı və İrəvana qarşı İKİLİ OYUNU: İran özünü məhv olmaqdan bu cür qoruyur - SENSASİON MƏQAMLAR
"İran artıq regionda nüfuzunu və təsir dairəsini itirir. Amma buna baxmayaraq regiondan getmək istəmir. Çünki İranın regionda zəifləməsi onun məhvinin başlaması demək olacaq. Ona görə də İran Ermənistanla hərbi əməkdaşlığı davam etdirməklə, regionda özünü güc mərkəzi kimi göstərməyə çalışır".
Bu fikirləri Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov KONKRET.az-a açıqlamasında səsləndirib.
"Bu, bir növ Azərbaycana da mesajdır. İran Ermənistanın yanında olduğunu və regiondan getmədiyini sərgiləyir. İran Azərbaycan-Türkiyə tandeminin güclənməsini, Təl-Əviv və Bakı münasibətlərinin möhkəmlənməsini həzm edə bilmir. Ona görə də, Tehran bununla Qafqazda balans yaratmağa səy göstərir. Bütün bunların fonunda İran diplomatik yolla Azərbaycanla münasibətləri pozmamağa çalışır. Çünki Tehran bilir ki, Azərbaycan regionda əsas oyunçudur. İranın gələcəyi məhz Azərbaycanın özünü necə aparmasından asılıdır. Ona görə də, İran həm Azərbaycanla münasibətlərini kəsmək istəmir, həm də geosiyasi maraqlarını sığortalayır.
Əslində isə bu, ikili oyundur. Nə Ermənistan, nə də Azərbaycan İranın bu oyunlarını ciddi qəbul edir. Çünki Ermənistan görür ki, İran gücsüzdür və sözdən başqa heç nə edə bilmir. Azərbaycan isə anlayır ki, İranın xoş sözləri ikiüzlülükdən başqa bir şey deyil. Bunun arxasında səmimiyyət yox, diplomatiya dayanır".
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir