Tələbələrə şad xəbər - Bu ixtisaslar 4 ildən 3 ilə endirilir

Tələbələrə şad xəbər - Bu ixtisaslar 4 ildən 3 ilə endirilirAli təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmə gəlir. Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
Nazir bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyatı olmayan məsələlər olur. Onun sözlərinə görə, ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu etmək mümkündür.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan universitetləri müasir təhsil parametrlərindən xeyli geri qalır: 
"Baxmayaraq ki, 2024-cü ildir, Azərbaycan universitetləri hələ də 1985-ci ildən bəri keçə bilməyiblər. Yəni bizim universitetlərimiz hələ də mühazirə-seminar yanaşmasından irəli keçməyib. Tədris materialları, dərsliklərin hamısı köhnədir. Ali təhsil müəssisələrindən məzun olan şəxslər əmək bazarında öz ixtisaslarına uyğun işləyə bilmirlər. Çünki universitetlər müasir dövrün tələblərinə və əmək bazarının çağırışlarına uyğun kadr hazırlaya bilmir. Ona görə hazırlaya bilmir ki, tələbələrin 4 il univeristetlərdə keçirdikləri vaxt ərzində əldə etdikləri biliklər gələcək kariyeralarında onlara lazım olmur".
Ekspertin fikrincə, bir çox ixtisaslarda bakalavr müddəti 3 ilə endirilə bilər:
"Ümumiyyətlə, müasir yanaşmada 4 illik univeristet artıq məqbul deyil. Yəni bizim gənclərimiz əmək bazarına daha tez və çevik hazır olmalıdırlar. Bu gün Azərbaycan universitetlərində bakalavr pilləsinin 4 il olması lazımsızdır. Düşünürəm ki, bir çox ixtisaslar üzrə bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi mümkündür. Misal üçün, jurnalist və ya mühasib olmaq üçün 4 il təhsil almağa ehtiyac yoxdur. Daha qısa müddət ərzində bu kimi ixtisasların bilik və bacarıqlarına yiyələnmək mümkündür. Bu cür ixtisasların sayı olduqca çoxdur". / azxeber.com

Sosial       Tarix: 09 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar cəbhədən son xeber son xəbərlər beynelxalq bank mezenne