Telefonda icra başçısını təhqir etdi - CƏRİMƏLƏNDİ
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının ünvanına təhqiramiz ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Gəncə şəhər Yeni Qəsəbə yaşayış massivində yaşayan 50 yaşlı N.Salahov dövlət qurumlarının qaynar xəttinə zəng edərək icra başçısının ünvanına nalayiq ifadələr işlədib.
O, sakini olduğu rayonun icra başçısı tərəfindən qəbul edilmədiyini bildirərək əsəbi şəkildə söyüş söyüb.
Məsələ ilə bağlı araşdırma aparılıb və vətəndaş polisə dəvət edilib. Onun əməli ilə bağlı inzibati protokol tərtib edilib.
N.Salahov ifadəsində bildirib ki, müharibə veteranıdır: "Əvvəllər üçüncü dərəcəli müharibə əlili olaraq pensiya alsam da, sonradan əlilliyim ləğv olundu və pensiyam kəsildi. Bu səbəbdən əsəbi halda təhqirlərə yol vermişəm, əməlimdən peşmanam".
Kəlbəcər Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 100 manat cərimə edilərək sərbəst buraxılıb.
Qeyd edək ki, Kəlbəcərin icra başçısı Azər Qocayevdir.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA