Telefonu yanına qoyub yatanlara ŞOK - Gecə görün nələr baş verir

Telefonu yanına qoyub yatanlara ŞOK - Gecə görün nələr baş verirSmartfonlardan asılılıq artıq pik həddindədir. Bir çox insan bu cihazları bütün günü, hətta yatanda belə yanlarında saxlayır. 
KONKRET.az xəbər verir ki, Türkiyənin tanınmış nevrologiya mütəxəssisi, professor Derya Uludüz bununla bağlı vacib xəbərdarlıq edib.
Demək olar ki, 24/7 smartfonlarla iç-içə bir həyat yaşayırıq. Bu cihazlar bir çox insan yatarkən belə ya çarpayının yanında, ya da yastığın altında olur. Ancaq bu vərdişlərin təhlükəli olduğuna diqqət çəkən Nevrologiya Mütəxəssisi Prof. Dr. Derya Uludüz, "Bir çox elmi araşdırmalar göstərir ki, smartfonlardan yayılan elektromaqnit dalğaları beynimizə və bədən sağlamlığımıza ciddi ziyan vurur" – deyib.
Smartfonların yaratdığı problemləri təqdim edirik:
Yuxusuzluq: Gecə gec saatlara qədər telefonda vaxt keçirmək yuxu keyfiyyətini aşağı salır, çünki mavi işıq yuxu rejimini pozur. Bu, yuxusuzluğa və yorğunluğa səbəb olur. Telefonla yatmaq beyin dalğalarına zərər verə və uzun müddətdə yaddaş problemlərinə səbəb ola bilər.
Duruş problemləri: Davamlı olaraq telefona baxmaq boyun əzələləri və onurğanın tarazlığını pozur. Zamanla boyun ağrısı, artrit və onurğa problemlərinə səbəb ola bilər. Başın daim irəli əyilməsi onurğada əlavə yük yaradır. Onurğa təzyiqi artır və duruş pozuğuna səbəb olur.
Baş ağrısı: Telefonla yatmaq elektromaqnit dalğalarının təsiri ilə baş ağrılarına və hətta miqrenə səbəb ola bilər.
Xərçəng: Bəzi elmi araşdırmalarla hələ tam sübuta yetirilməsə də, texnoloji cihazlardan yayılan elektromaqnit dalğalarının uzun müddətdə xərçəngin inkişafına səbəb ola biləcəyi deyilir. Beynəlxalq Xərçəng Araşdırmaları İnstitutunun 2008-ci ildə nəşr etdiyi hesabatda 10 il və ya daha çox mobil telefondan istifadə edən insanlarda beyin şişlərinin 40 faiz daha çox aşkar edildiyi bildirilir.
Göz yorğunluğu: Uzun müddət telefon ekranına baxmaq gözlərdə həddindən artıq yorğunluq, bulanıq görmə, göz əzələlərində həddindən artıq gərginlik, gözlərdə ağrı, qızartı və quruluğa səbəb olur.
Diqqət və konsentrasiya problemləri: Daimi bildirişlər və ekran qarşısında uzun müddət qalmaq diqqəti dağınıqlığı və konsentrasiya problemlərinə səbəb ola bilər.
Sonsuzluq: Elmi araşdırmalar göstərib ki, gün ərzində uzun müddət smartfondan istifadə kişilərdə sonsuzluğa səbəb ola bilir.
Sosial təcrid: Həddindən artıq telefon istifadəsi real həyatla əlaqəni kəsir və sosial əlaqələri zəiflədir. Telefonda daimi diqqət real dünyadakı qarşılıqlı əlaqəni azaldır. Üz-üzə ünsiyyət əvəzinə rəqəmsal ünsiyyətin seçilməsi sosial qarşılıqlı əlaqənin azalmasına səbəb ola bilər. Musavat.com

Sağlamlıq       Tarix: 17 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumat son.xeberler xankendi valyuta mezenesi