Təmsilçilərimizin "Avroviziya"da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
Təmsilçilərimizin "Avroviziya"da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
"Avroviziya 2024" mahnı müsabiqəsi bu il İsveçin Malmö şəhərində keçirilir. May ayının 5-də "Avroviziya 2024" mahnı müsabiqəsinin açılış mərasimi olub. Bu gün ilk yarımfinal olacaq. İkinci yarımfinal 9 may, final isə 11 mayda baş tutacaq.
Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov bu gün birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.
İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Niderland, Norveç, Latviya, San Marino mübarizə aparacaq.
Bəs görəsən bu il təmsilçilərimiz finala vəsiqə qazana biləcəklərmi?
Oxu.Az-ın əməkdaşı keçmiş "Avroviziya" təmsilçilərimiz ilə danışıb.
Azərbaycanın Əməkdar artisti, 2012-ci ildə "When the Music Dies" mahnısını ilə ölkəmizi "Avroviziya" mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Səbinə Babayeva qeyd edib ki, Avropa yenə də muğamımızı eşidəcək:
"Mahnı yaddaqalandır. Fahree oxuduğu hissə çox melodikdir. Nəqərat hissəsi çox asan yadda qalır. Mahnımızda həm müasirlik, həm də muğam var. İlkinin oxuduğu hissə isə mahnının pik nöqtəsidir. Çox möhtəşəm və emosional səslənir. Avropa yenə də muğamımızı eşidəcək. Azərbaycana və təmsilçilərimizə uğurlar diləyirəm. Finala keçmək şansımız daha çoxdur. Yaxşı yer tuta bilərik".
2014-cü ildə "Start a fire" mahnısı ilə Danimarkada ölkəmizi "Avroviziya" mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova təmsilçilərimizə uğurlar diləyib:
"İştirakçılarımıza uğurlar diləyirəm. İnanıram ki, finala vəsiqə qazana biləcəklər. Uğurla keçəcəyimizə əminəm. Hər şey çox gözəl olacaq".
Qeyd edək ki, Azərbaycanı "Avroviziya-2024" mahnı müsabiqəsində "Özünlə apar" mahnısı ilə təmsil edəcək Fəxri İsmayılov (Fahree) və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar. Mahnının müəllifi Fəxri İsmayılovdur. İfanın muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edəcək.
Nəzrin Vahid
Xidmetler [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır