Tender adı ilə aldığı 240 mini kazinoda uduzan şəxslə bağlı QƏRAR

Tender adı ilə aldığı 240 mini kazinoda uduzan şəxslə bağlı QƏRARBakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mövsüm Mövsümovun  barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayətinə təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Mövsümov Mövsüm Vaqif oğlu barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.
2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib.
İttihama görə, Mövsüm Mövsümov Nabil Quliyevə Şəki şəhərində tikiləcək, smeta dəyəri 6 200 000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı keçiriləcək tender müsabiqəsində zərərçəkmişin yaradacağı şirkəti Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxsiyyəti istintaqa bəlli olmayan tanışının vasitəsi ilə qalib etdirəcəyi barədə yalandan vəd verib. Mövsüm zərərçəkmişi aldadaraq 1 dekabr 2020-ci il tarixdə, saat 16 radələrində "Təməl" yaşayış kompleksinin zirzəmisində onun ümumilikdə 240 000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmə iclasında Mövsüm Mövsümov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini deyib.
O, qeyd edib ki, mobil telefon vasitəsilə kazino oyunu oynadığından Nabildən götürdüyü puldan təxminən 10 000 min manatını həmin gün uduzub: "Sonrakı günlərdə yenə də kazino oynamağa davam etdim. Pulların hamısını yenə uduzdum. Təxminən 43-44 min ABŞ dolları pul qaldı. Bundan sonra Ukraynaya getdim. Ukraynaya getdikdən sonra qərara gəldim ki, əlimdə qalan pulla iş qurub qazanıb Nabilin pulunu qaytarım. Əvvəllər ABŞ-ın Nyu-York ştatında uzun illər yaşadığımdan orada yaşayan tanışım İlqara 28 000 ABŞ dolları pul göndərdim ki, oradan xeyriyyə fondları tərəfindən yığılmış və istifadə olunmuş geyimlərdən Ukraynaya göndərsin və "Sekond Hand" mağazalarına paylamaqla satım. İlqar ABŞ-da xeyriyyə fondlarından paltarları yığmaqla məşğul olmağa başladı. 28 may 2021-ci il tarixdə Ukraynanın Rovno vilayət polis idarəsinə imiqrasiya məsələsi ilə bağlı yaxınlaşarkən saxlanıldım və məlum oldu ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən barəmdə axtarış elan edilib. Təxminən 6 ay Ukraynanın Rovno vilayətində İstintaq Təcrİdxanasında saxlanıldıqdan sonra Bakı şəhərinə köçürüldüm".

Hadisə       Tarix: 29 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər