Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti cavab verir

Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti cavab verirAzərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən biri də dövlət satınlamaları prosesidir. Ölkədə müxtəlif sahələr üzrə tenderlər elan edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu prosesdə hansı problemlər ortaya çıxır? Azərbaycanda dövlət satınalmaları prosesində daha hansı yenilliklər gözlənilir? Bu və digər məsələlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalar şöbəsinin müdiri Əhməd Həsənov Trend-in suallarını cavablandırıb:
- Dövlət satınalmalarının ölkə iqtisadiyyatında hazırki rolu və əhəmiyyəti?
- Ölkə başçısının rəhbərliyi ilə ölkəmizdə yeni iqtisadi şəraitdən irəli gələrək iqtisadi islahatların dərinləşdirilməsinin, dövlətin maliyyə resurslarından qənaətlə istifadə olunmasının, bu sahədə şəffaflığın və səmərəliliyin artırılmasının, dövlət satınalmalarının təşkilinin təkmilləşdirilməsinin, o cümlədən müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühitinin yaradılmasının, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının genişləndirilməsinin prioritet istiqamətlər olduğunu nəzərə alaraq, dövlət qurumları tərəfindən açıq tender və digər müsabiqə əsaslı satınalma metodlarının tətbiqinə üstünlük verilməsinin zəruri olduğunu bildiririk.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununu tətbiq etməklə satınalmaları həyata keçirən müəssisə və təşkilatlar tərəfindən cari ilin 8 ayı ərzində təqdim olunmuş müsabiqələrin nəticələri haqqında tender komissiyalarının yekun protokollarına əsasən deyə bilərəm ki, 1 milyard 272 milyon manat satınalmalar müsabiqələr vasitəsilə həyata keçirilmiş və bunun da nəticəsində 115 milyon manat və ya 8,3% dövlət vəsaitinə qənaət edilmişdir.
Eyni zamanda bildirirəm ki, keçirilən müsabiqələrin ümumi məbləğinin 52%-i dövlət satınalmaların vahid internet portalında elektron satınalma vasitəsilə həyata keçirilmişdir.
Bildirim ki, qeyd olunan məbləğin 93%-dən çoxu mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür bu öz növbəsində KOB-ların inkişafına dəstək verir və onların iqtisadi dayanıqlıqlarını artırır.
Satınalmalar zamanı xaricdən idxal olunan mallar, işlər və xidmətlərlə müqayisədə eyni predmetlər üzrə yerli istehsalın xeyrinə qiymətin 20%-i həcmində güzəştli düzəliş tətbiq edilir və cari ilin 28 may tarixində cənab prezidentin fərmanı ilə Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri iyunun 1-dən 5 il müddətinə yerli mal hesab edilir və qeyd olunan güzəşt bu növ dərman vasitələrinin satın alınmasına da şamil olunur. Bu da öz növbəsində bu sahədə də sahibkarlığın inkişafına böyük dəstək olur.
- Dövlət satınalmalarının vahid internet portalı və elektron satınalmanın tətbiqinə başlanılıb. Bu barədə geniş məlumat verərdiniz.
- Nəzərinizə çatdırım ki, cənab prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə Qanuna edilmiş dəyişikliyə əsasən 2019-cu ilin mart ayından başlayaraq ölkəmizdə elektron satınalmanın tətbiqinə başlanılmış və bu da öz növbəsində satınalmaların əsas prinsipləri olan şəffaflığın, iştirakçılar arasında bərabər rəqabət mühitinin yaradılmasının, aşkarlığın artmasına təkan vermiş və nəticədə dövlət vəsaitindən daha da səmərəli və qənaətlə istifadə olunmasına gətirib çıxarıb.
Bunlarla yanaşı, portal tərəfimizdən daima yenilənir, çoxfunksiyalı əməliyyatların həyata keçirilməsi üçün təkmilləşdirilir və eyni zamanda satınalan təşkilatlar və iddiaçı malgöndərənlər, podratçılar arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi habelə satınalmalar zamanı iddiaçılardan tələb olunan ixtisas göstəricilərinə dair sənədlərinin "onlayn" əldə olunması üçün Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi kimi müxtəlif dövlət qurumlarının müvafiq məlumat bazasının portala inteqrasiyası məsələləri müzakirə edilir.
- Satınalan təşkilatlar ən çox nələrə diqqət etməlidirlər?
- Satınalan təşkilatlar ilk növbədə qanunvericiliyə uyğun satınalma planını hazırlamalı, təsdiq etməli və vaxtında portalda yerləşdirilməsinə diqqət etməldirlər. Bunun üçün də il ərzində həyata keçirəcəkləri dövlət layihələri çərçivəsində və ya gündəlik istifadə üçün tələb olunan mallar, işlər və xidmətlərin vaxtında çatdırılması və həyata keçirilməsi məqsədilə satınalma metodundan asılı olaraq prosedurun icra olunma müddətini də nəzərə almaqla işlərini planlamağı tövsiyə edirik.
Bundan əlavə tələb olunan satınalma predmeti üzrə tələblərin aidiyyəti mütəxəssislər və ya cəlb olunmuş ekspertlər tərəfindən dəqiqliklə hazırlanmasına və həmin tələblərin qiymətləndirmə meyarlarının və əmsallarının müsabiqənin əsas şərtlər toplusunda düzgün ifadə olunmasına diqqət etmələri məsləhət görülür.
Satınalan təşkilatların müsabiqə barədə elanının məzmununu hazırlayarkən satınalma predmeti barədə təsəvvür yaradacaq qədər ətraflı məlumat təqdim etmələri nəticəsində müsabiqənin daha uyğun potensial imkanları olan sahibkarlar arasında keçirilməsinə nail olarlar. Bunun da nəticəsində sahibkarlar fəaliyyət istiqamətinə aid olmayan müsabiqələrdə iştirak üçün iştirak haqqı ödəməmiş olarlar.
Satınalma predmetinə dair hər hansı özünəməxsus xüsusiyyətlər, tələblər və ya təsvirlər obyektiv texniki və keyfiyyət göstəricilərinə əsaslanmalıdır.
Sahibkarların satınalma prosedurlarında iştirakına maneçilik törədən və ya onu məhdudlaşdıran, o cümlədən dövlət mənsubiyyətinə görə ayrıseçkiliyə yol verən hər hansı markalamaya, etiketləməyə həmçinin şərti işarələr və terminlər müsabiqələrin əsas şərtlər toplusuna daxil edilməməli və onlardan istifadə olunmamalıdır.
Ümumiyyətlə müsabiqələrdə bərabər rəqabət mühitinin yaradılması üçün məhdudlaşdırmaya gətirib çıxaran meyarların tətbiq olunması qadağab qadağandır.
- Dövlət satınalmalarında iştirak etmək istəyən sahibkarlar nələrə diqqət etsinlər?
Sahibkarlar hər hansı bir satınalma müsabiqəsində iştirakına qərar verdikdən və müsabiqənin əsas şərtlər toplusunu əldə etdikdən sonra ilk növbədə onu diqqətlə oxuyaraq təhlil etməsini, tələb olunan ixtisas uyğunluğu sənədlərinin vaxtında əldə olunması üçün aidiyyəti üzrə müvafiq dövlət qurumlarına müraciət etmələrini və eyni zamanda satınalma predmeti üzrə tələblərin mütəxəssislər tərəfindən detallı təhlil olunmasını tövsiyə edirik. Əgər bu zaman hər hansı texniki və ya digər sualları yaranarsa, qanunauyğun şəkildə satınalan təşkilata müraciət etsinlər.
Tender təklifinin və təklifin təminatının məbləğinin, qüvvədə olma müddətlərinin düzgün hesablanmasına diqqət etsinlər.
Yekun protokolların təhlili zamanı ən şox qarşılaşdığımız uyğunsuzluqlardan biri də tender təklifinin təminatının tender təklifinin qüvvədə olma müddətinə münasibətdə düzgün hesablanmamasıdır. Burda xüsusilə vurğulamaq istəyirəm ki, tender təklifinin qüvvədə olma müddəti ən azı 30 bank günü qüvvədə olmalı, təklifin təminatı isə təklifin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır. Lakin bəzi hallarda sahibkarlar təklifin təminatının qüvvədə olma müddətini təkliflərin açıldığı gündən hesablayaraq 60 bank günü hesablayırlar və tender təklifləri 35-40 bank günü qüvvədə olduğu halda tarixlər arasında uyğunsuzluq yaranır. Bu isə həmin təkliflin qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədən kənarlaşması ilə nəticələnir.
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri olan sahibkarlar təkliflərində qiymətləri manatla göstərməlidirlər, bəzi hallarda malları xaricdən idxal etdiklərini əsas götürərərək xarici valyuta ilə göstərirlər bu isə qanunauyğun deyildir.
Bütün bunlarla yanaşı ixtisas uyğunluğu sənədlərinin, təklif və təklifin təminatının son təqdimetmə tarixlərini mütləq özlərində qeyd edərək, sənədlərini vaxtında təqdim etməklə müsbət nəticələr əldə edərlər.
- Satınalan təşkilatların və iddiaçıların qanunvericiliklə bağlı sualları yaranarsa hansı addımları atmalıdırlar?
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının təşkili və həyata keçirilməsi üzrə daima satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir.Əlavə olraq mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar təşkili və müvafiq tədris-metodiki materialları hazırlanması planlaşdırılmışdır.
Hazırki pandemiya dövrü ilə əlaqədar olaraq üzbəüz görüşlərin təşkili mümkün olmadığından Dövlət Xidməti tərəfindən qısa metodiki təlimatlar hazırlanaraq, satınalan təşkilatlara telefonoqram vasitəsilə və ya onların rəsmi e-maillərinə göndərilir və iddiaçıların da paralel maarifləndirilməsi üçün həmin məlumatlar ictimaiyyətə müxtəlif vasitələrlə çatdırılır.
Bütün bunlarla yanaşı Dövlət Xidmətinin qaynar xəttinə və ya rəsmi məktubla hər gün daxil olan müxtəlif səpkili suallar tərəfimizdən qısa müddət ərzində cavablandırılır.
Bu yaxınlarda isə satınalan təşkilatların mütəxəssislərinin maarifləndirilməsi üçün video-konfrans vasitəsilə bir neçə seminarın keçirilməsinə hazırlıqlar gedir.
Satınalan təşkilatların və sahibkarların maarifləndirməsi bizim gündəlik işimizin bir hissəsidir və pandemiya dövrü bitəndən sonra bu sahədə silsilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
- Sahibkarlar satınalma prosedurlarında çətinliklərlə qarşılaşdıqda hansı addımları atmalarını tövsiyə edirsiniz?
- Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun VIII fəslinə əsasən sahibkarların qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Satınalma müqaviləsi qüvvəyə minənə qədər şikayət ilk öncə satınalan təşkilata verilməlidir.
Satınalan təşkilatın rəhbəri qanunda təsbit olunan müddət ərzində şikayət barədə hər hansı qərar çıxarmazsa, şikayəti vermiş sahibkar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.
- Dövlət satınalmaları üzrə hansı yeniliklər gözlənilir?
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində işçi qrup yaradılmış və dövlət satınalmaları üzrə yeni qanun layihəsi hazırlanmışdır. Qanun layihəsinin hazırlanması mərhələsində dövlət təşkilatları və biznes assosiasiyalarına dəvətlər göndərilmiş və movcud qanunda rastlaşdıqları problemlərin qeyd olunması təklif edilmişdir. Nəticədə bu tövsiyyə və təklifləri də nəzərə almaqla hazırlanmış Qanun layihəsinə İqtisadiyyat Nazirliyinin tabeliyində olan bütün strukturların rəy və təklifləri alındıqdan sonra iyul ayında müvafiq dövlət qurumlarına rəy və təkliflərinin alınması üçün təqdim olunmuşdur. Onlardan bir neçəsi artıq öz münasibətlərini bildirmişlər. Bütün rəy və təkliflər əldə olunduqdan sonra qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaqdır.
Yeni qanun layihəsində bir çox dəyişikliklər nəzərdə tutulub bu da öz növbəsində iqtisadiyyatın, sahibkarlığın, sağlam rəqabət mühitinin inkişafına, dövlət vəsaitinin səmərəli və qənaətlə istifadə olunmasına, satınalma prosedurlarının həyata keçirilməsində çevikliyin artmasına öz müsbət töhfəsini verəcəkdir.
Milli.Az /news.milli.az

İqtisadiyyat     Baxılıb: 500   Tarix: 18 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Nar"ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır - FOTOLAR

Sərfəli rabitə xidmətləri təqdim edən "Nar", eyni zamanda sosial layihələrə verdiyi davamlı dəstəklə cəmiyyətə töhfə verməyə davam edir. xəbər verir ki, "Karlara Dəstək" İctimai Birliyi ilə birgə həyat

Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback

Müştərilərinin istəklərini hər zaman prioritet tutan Yelo Bank cashback şərtlərini daha cəzbedici etdi! 1 iyul 2025 tarixindən etibarən sahib olduğunuz istənilən Yelo kartla (debet, taksit/kredit) həm ölkədaxili, həm də ölkəxaric

"Bank of Baku"dan könüllü qanvermə təşəbbüsü - FOTOLAR

Bank of Baku mütəmadi qan ehtiyacıolan insanlara dəstək məqsədilə "Qanında həyat var!" şüarı ilə bu il də yenidənqanvermə aksiyası təşkil edib. xəbər verir ki, 19 iyunda "Respublika Qan Bankı" PHŞ il

"Azərlotereya Şans Karvanı" ölkə boyu yola çıxır

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" bu dəfə fərqli formatda görüşünüzə gəlir. "Şans Karvanı" adlı yay kampaniyası çərçivəsində ölkəmizin 30-dan çox şəhər və rayonunda böyük əyləncə və həyəcan dolu anlar yaşanacaq. 

Bu şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Prokurorluq orqanlarında qulluq keçm

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir. xəbər verir ki, bank İsveçrəni

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək. İlk reys 2 avqust tarixində həyata keçiriləcək. Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günlər

Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib - FOTOLAR

5 iyul — Ümumdünya Badminton Günü münasibətilə Yelo Bank və Azərbaycan Badminton Federasiyası birgə təşəbbüslə xüsusi tədbir təşkil edib. xəbər verir ki, badmintonun hər kəs üçün əlçatan və əyləncəli olduğunu göstərmək məqsədil

"Bank of Baku"dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb

Ətraf mühit, Sosial və İdarəetmə (ESİ) prinsiplərini öz fəaliyyətində əsas tutan Bank of Baku "Təbiətə Yaxın Bankçılıq" şüarı altında ekoloji tədbirlərini davam etdirir. Bank 1 iyul tarixində Ekologiya və Təbi


son xeberler azerbaycan xeberleri yeni xeberler maşın realiti şou apa.az xeberler axsam az xeberler cəbhədən son xəbər