Tənəffüs gimnastikası: Ev şəraitində ağciyəri necə gücləndirmək olar? - QAYDALAR

Tənəffüs gimnastikası: Ev şəraitində ağciyəri necə gücləndirmək olar? - QAYDALARYeni koronavirus COVİD-19 infeksiyasının insan orqanizminə vurduğu zərər və fəsadlar alimlər tərəfindən araşdırılır. COVİD-19 virusu bir çox hallarda ağciyəri zədələyir. Xəstəliyin kəskin dövründə müalicəsi və ağciyərin fəaliyyətinin kontrolu stasionar şəraitdə aparılır. Bəs koronavirusa yoluxmuş xəstələr sağalandan sonra hansı fəsadlarlarla rastlaşırlar?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, fizioterapevt-reabilitoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova koronavirus xəstəliyindən sağalan insanların ağciyərinin fəaliyyətinin gücləndirilməsi ücün xüsusi pulmonar reabilitasiya barədə məlumat verib. Həkim bildirib ki, mütəxəssislərin araşdırmalarına görə, virusdan sağalmış bəzi pasiyentlərdə ağciyərin funksiyası normadan 20-30% azala bilər. Bu da onu göstərir ki, ağciyərin fəaliyyətinin gücləndirilməsi ücün sağalmış pasiyentlərə  xüsusi pulmonar reabilitasiya aparılmalıdır. Onun sözlərinə görə, reabilitasiya planı həkim tərəfindən təyin olunur. Ev səraitində sağalmış xəstələrə diafraqmal tənəffüs texnikasını tətbiq etmək məsləhətdir. Bu tənəffüs gimnastikası ağciyərin daha tam və dolğun ventilyasiyasına kömək edir. Eyni zamanda vücud əzələlərini stabilləşdirir və fiziki dözümlülüyü artırır.
Tənəffüs texnikası belədir:
Arxası üstə uzanın, dizlərinizin və başınızın altına yastıq qoyun. Bir əlinizi sinənizə, ikinci əlinizi qarın nahiyəsinə qoyun. Burunla nəfəs alın, bu zaman havanın qarnınıza dolduğunu hiss edəcəksiniz. Ağzınızla tələsmədən 2-3 saniyə nəfəs verin, qarın əzələrininin yığılmasını hiss edin. Sinə nahiyəsində olan əliniz tənəffüs zamanı mümkün qədər hərəkətsiz qalmalıdır.
Diafraqmal tənəffüsü 5-10 dəqiqə ərzində gündə 3 dəfə təkrarlamaq lazımdır. Tənəffüs üçün nəzərdə tutulan bu idman hərəkətlərini sağlam insanlar və ağciyərin digər xəstəliklərindən sonra reabilitasiya dövründə olan  pasiyentlər də tətbiq edə bilər.
Mütəxəssis onu da vurğulayıb ki, siqaret çəkənlər ağciyərə daha çox ziyan vurmamaq üçün bu vərdişi  tərgitməlidirlər. Əlavə olaraq ağciyərin funksiyasını və bədən əzələlərini möhkəmləndirmək üçün üzgüçülük də tövsiyə olunur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 19 may 2020
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber dunya xeberleri xeberler az en sonxeber