Tərəfsizliyini qoruya bilməyən Qərb mediası: Ermənistanın taleyi ölkədən kənarda həll olunur - VİDEO
Tərəfsizliyini qoruya bilməyən Qərb mediası: Ermənistanın taleyi ölkədən kənarda həll olunur - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib. Elə bu səbəbdən də öz hakimiyyətini qorumaq üçün siyasi repressiyalara start verib. Qərb dövlətləri və mətbuatı isə baş verənlər qarşısında susqunluq nümayiş etdirməklə diqqət çəkir.
Baku TV xəbər verir ki, ölkəsini fəlakətə sürükləyən Paşinyan artıq onu ittiham edənlərə təzyiq göstərməkdən və həbsə atdırmaqdan çəkinmir.
Siyasi repressiyalara start verən Ermənistanın baş naziri bu yolla öz diktaturasını qorumağa çalışır.
Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyən və ikili standartlarla yanaşan Qərb dövlətləri və mətbuatı isə Ermənistanda baş verən siyasi repressiyalar qarşısında susqun qalmağı üstün tutur.
Bu gün regionda yaşanan müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyır.
Millət vəkili Cavid Osmanov Baku TV-yə məsələ ilə bağlı danışarkən bildirib ki, Vətən Müharibəsi bitəndən sonra da Ermənistanda heç bir insan haqları gözlənilmir. "İnsan Haqları" adı altında fəaliyyət göstərən təşkilatlar isə heç bir mövqe bildirmirlər.
Ermənistanda baş verənlər onu göstərir ki, bu ölkənin taleyini həll edən qərarlar onun sərhədlərindən kənarda qəbul olunur. Mövcud vəziyyət Ermənistanın onsuz da formal xarakter daşıyan dövlətçiliyinin məhvini daha da sürətləndirməklə, onun iflasını tezləşdirir.
/oxu.az
f Paylaş
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."