Terror aktına görə məsuliyyəti PKK öz üzərinə götürdü
Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası Ankaranın mərkəzində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
KONKRET.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb .
Oktyabrın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səhər saatlarında Ankaranın mərkəzində törədilən terrora cəhdi "terrorçuların ölkəyə qarşı son nəfəsləri" kimi qiymətləndirib.
Ankaranın mərkəzində Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında partlayış və atəş səsləri eşidilib. Elə həmin ərazidə parlament binası da yerləşir ki, bu gün deputatların yay tətilindən sonra ilk iclası keçirilib. Daxili işlər naziri Əli Yerlikaya iki terrorçunun minalanmış avtomobili partlatmağa cəhd etdiyini, lakin polis tərəfindən qarşısının alındığını bildirib. Bir terrorçu özünü partladıb, ikincisi isə "zərərsizləşdirilib". İki polis əməkdaşı yaralanıb.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi