Teymur Rəcəbov 15 milyonun sahibi ola bilər

Teymur Rəcəbov 15 milyonun sahibi ola bilərBu il dekabrın 14-19-da Moskvada "Şahmat ulduzları 3.0" sürətli şahmat üzrə III Beynəlxalq turnir keçiriləcək.
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin ümumi mükafat fondu 15 milyon rubl (təxminən 300 min AZN) olacaq.
Turnirin təşkilatçıları - "Yeni şahmat" və "Agalarov Development" şirkətləri intellektual idmanı dəstəkləməyi və gənc nəsillə işləməyi ən vacib vəzifə hesab edirlər.
"Mən şadam ki, biz şahmat kimi intellektual idman növünü populyarlaşdırırıq. Təkcə tanınmış qrosmeysterləri deyil, əsasən də yeni şahmat ulduzları olacaq gənc enerjili idmançıları dəstəkləyən "Agalarov Development" şirkəti üçün bu hadisə dərin məna daşıyır", - deyə "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov bildirib.
Turnirin iştirakçıları müxtəlif ölkələrdən görkəmli qrosmeysterlər, o cümlədən azərbaycanlı Teymur Rəcəbovdur. İştirakçılar arasında, həmçinin Sergey Karyakin, Aleksander Grişşuk, Fransisko Valyexo, Vladislav Artemyev, Yevgeny Tomaşevski, Ernesto İnarkiyev, Raunak Sadhvani, Aleksandra Goryaçkina və Yekaterina Lagno da var.
"Şahmat ulduzları" layihəsi çərçivəsində gənc nəsil şahmatçılarla işə və gələcək şahmat ulduzlarına dəstəyə xüsusi diqqət yetirilir. Rus Şahmat Məktəbi ilə birlikdə ТРК VEGAS şəbəkəsində 15 yaşdan kiçik uşaqlar üçün bir sıra seçmə turnirlər təşkil edilib.
Cəmi bir neçə il ərzində "Şahmat ulduzları" turniri ən möhtəşəm və uğurlu beynəlxalq şahmat yarışlarından birinə çevrilib. Turnir üçüncü dəfə parlaq dünya şahmatçılarını bir meydançada toplayaraq təcrübəsiz idmançılara özlərini tanıtmaq imkanı verir. Turnirin baş hakimi Artyom Axmetovdur.
Turnirin təntənəli açılışı dekabrın 13-də rəsmi püşkatmanın keçiriləcəyi Lesnoy restoranında reallaşacaq. İdmançıların yarışlarına dekabrın 14-də start veriləcək.
Hər oyun günündə ilk hərəkəti etmək üçün ənənəvi olaraq turnirə şou-biznes ulduzları, aktyorlar, fikir liderləri qoşulacaqlar.
Turnirin gedişatını həm yarışının əsas meydançası olan "Lujniki" BİA-da izləmək, həm də şahmat oyunlarını "Odnoklassniki" sosial şəbəkəsinin canlı efirində onlayn izləmək mümkün olacaq.
Turnirin qalibləri iki fənnin - Blits və rapidin nəticələrinə görə qiymətləndirmə üzrə müəyyən edilir. Uşaqlar dörd yaş kateqoriyasında təltif edilir, oğlanlar və qızlar ayrıca qiymətləndirilirlər. Uşaq turnirlərindən əlavə, qrosmeysterlərdən açıq ustad dərsləri də təşkil olunacaq.
"Yeni şahmat" şirkətinin baş direktoru Seymur Hüseynov hesab edir ki, "Şahmat ulduzları" turnirinin ən mühüm nailiyyəti gənclər arasında bu idman növünə marağın əhəmiyyətli dərəcədə artması olub.
"Yeni, üçüncü turnir çox sayda gənc şahmatçını cəlb edəcək, onlar aparıcı qrosmeysterlərə rəqib olmaq və onların təcrübəsini mənimsəmək üçün unikal fürsət əldə edəcəklər. Eyni zamanda, hər kəs oyunları izləyə və öz qələbələrindən təsirlənə bilər. "Şahmat ulduzları 3.0" turniri beynəlxalq idmanın inkişafına növbəti dəyərli töhfə olacaq və biz hər kəsi onun iştirakçısı olmağa dəvət edirik", - deyə Seymur Hüseynov qeyd edir.
Turnirin təntənəli bağlanış mərasimi dekabrın 19-da "Chin-Chin" restoranında keçiriləcək.

Sosial       Tarix: 11 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər cəbhədən son dəqiqə son xabarlar xeberler az