Teymur Rəcəbov finala çıxa bilmədi
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
Publika.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahnatçısı Teymur Rəcəbov finala gedən yolda Karlsenlə yenidən üz-üzə gəlib. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olmasına baxmayaraq, bu dəfə uduzub - 3:1.
Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşiyə qalib gəlib - 2:1.
Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə üz-üzə gələcək.
Çempionlar Turu, VI mərhələ
The FTX Crypto Cup
29 may
Yarımfinal, cavab görüşləri
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 3:1 (1:0; 0,5:0,5; 0,5:0,5; 1:0)
İlk oyun - 2:2
Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya) - 2:1 (0,5:0,5; 0,5:0,5; 1:0)
İlk oyun - 2,5:1,5
Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq