Təyyarə biletlərinə ödənilmiş pulun əvəzinə vauçerlər qaytarıla bilər

Təyyarə biletlərinə ödənilmiş pulun əvəzinə vauçerlər qaytarıla bilərTəyyarə biletlərinə ödənilmiş pulun əvəzinə vauçerlər qaytarıla bilər
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) pul vəsaitlərinin geri qaytarılması əvəzinə depozit vauçerlərini bilet alıcısı ilə aviaşirkət arasındakı münasibətlərdə qanuni forma olaraq qəbul edib. Artıq IATA BSP sistemində həmin vauçerləri adi biletlər kimi idarə edəcək.
Assosiasiya bütün ölkələrin tənzimləyici orqanlarını aviasiya sənayesinin iflasa uğramasının qarşısını almaq məqsədilə aviaşirkətlərin depozit vauçerlərinin qanuni dövriyyəsinə icazə verməyə çağırır.
Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş və icraçı direktoru Aleksandr de Junyakın təşkilatın bütün agentlərinə (turizm operatorları və agentləri, bilet distribüterləri və s.) ünvanladığı açıq məktubunda bildirilib.
IATA rəhbərinin müraciətində qeyd edilib: "Dünya aviasiya sənayesi ən ciddi böhranını yaşayır.
COVID-19 pandemiyası və bu səbəbdən dünya hökumətlərinin məhdudiyyətləri hava nəqliyyatının fəaliyyətinin faktiki dayanmasına gətirib çıxarıb. Dünya aviaparkının üçdə bir hissəsi artıq "beton"da boş dayanmaqdadır, aviabiletlərin satışından əldə olunan gəlir isə bizim hesablarımıza görə, 2019-cu illə müqayisədə bu il 44% azalacaq".  
Adi vaxtda IATA sistemlərində 1,25 milyard dollardan çox vəsait emal olunur və hazırda təşkilat hesablara daxil olduğundan daha çox vəsaitlərin geri ödənilməsi faktı ilə qarşılaşır.
IATA-nın açıqlamasında qeyd olunub ki, əksər aviaşirkətlər hazırda əldə edilən gəlirlərdən çox sərnişinlərə nağd pulların geri qaytarılması ilə bağlı xərclərlə üzləşir. Təşkilat aviaşirkətlərin geri qaytarmalarla bağlı cari borcunu 35 milyard dollar həcmində qiymətləndirir.
"Bu şəraitdə aviaşirkətlərin ən vacib tələbi əməkhaqlarını ödəmək və sabit xərcləri təmin etmək üçün qalan likvidliyini qorumaqdan ibarətdir. Bir çox sənaye iştirakçıları üçün əvvəlki iqtisadi modeli qorumaq və iflasa uğramamaq üçün qısa müddətdə kifayət qədər maliyyə vəsaiti tapmaq praktiki olaraq mümkün deyil.
Buna görə də hesab edirik ki, həm aviaşirkətlər, həm də şirkətlərin reyslərinə aviabiletlərin satışı ilə məşğul olan agentlər üçün yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu onların ölkələrinin tənzimləyiciləri tərəfindən pul vəsaitinin geri qaytarılması ilə bağlı tələbləri dəyişdirilərək, aviabiletin geri qaytarılmasına görə pul vəsaiti ödəmək əvəzinə, aviaşirkətlərə depozit vauçerlərini təqdim etməyə icazə verilsin (yəni sərnişin tərəfindən istifadə olunmamış biletə görə vəsaiti özündə saxlamaq və vəziyyət sabitləşdikdən sonra həmin vəsaitlərdən istifadə etmək imkanı təqdim edilsin). IATA BSP sistemi vasitəsilə adi aviabiletlər üçün artıq mövcud olan proses və prosedurlardan istifadə etməklə həmin vauçerləri idarə edə bilər", - deyə müraciətdə qeyd olunub.
Eyni zamanda bildirilib ki, belə bir qərar aviaşirkətlərin fəaliyyətlərini davam etdirmək üçün pul vəsaitlərini qoruyub saxlamaq məcburiyyətində qaldığı bir dövrdə həmin maliyyəni vauçerlərlə əvəz edərək, aviabiletlərin satışı ilə məşğul olan bütün təşkilatlara göstərilən təzyiqləri aradan qaldırmağa imkan verəcək.
Müraciətin sonunda deyilir: "IATA, bu yanaşmanın zəruriliyini artıq tanıyan Kanada, Kolumbiya və Niderlandın tənzimləyici orqanlarına minnətdarlığını bildirir və ümid edir ki, digər ölkələr də belə edəcəklər". /oxu.az

Turizm       Tarix: 07 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən yeni xəbərlər bugünkü son xəbərlər gunun xeberleri