Təyyarə qəzaya UĞRADI
Macarıstanın Sekeşfexervar şəhəri yaxınlığında hava şousu zamanı idman təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
KONKRET.az xəbər verir ki, təyyarə idarəetmədən çıxaraq yerə çırpılıb və partlayıb.
Polis idarəsindən verilən məlumata görə, qəza nəticəsində 67 yaşlı qadın və 37 yaşlı kişi həlak olub.
Təyyarə dayanacağın yanında yerə düşüb və partlayıb, orada dayanan avtomobillərdən biri yanıb. Avtomobildə və onun yanında olan şəxslər – iki böyük və iki uşaq yanıq və digər bədən xəsarətləri alıblar.
Onlar təcili yardım maşını ilə Sekeşfexervar və Budapeştdəki xəstəxanalara aparılıblar.
Faciəli insidentdən sonra hava şousu dayandırılıb. Qəzanın səbəbi hələlik məlum deyil, araşdırmalara başlanılıb.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi