Təyyarəmizə eniş izni verməyən dispetçer etiraf elədi - Qroznıya enə bilərdi, amma

Təyyarəmizə eniş izni verməyən dispetçer etiraf elədi - Qroznıya enə bilərdi, ammaAzərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasının yeni təfərrüatları məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə VÇQ-OQPU Teleqram kanalı məlumat yayıb.
Kanal bildirir ki, əvvəlcə elektron döyüş texnikası ilə AZAL-a məxsus təyyarə "kor" edilib (və ya rabitə sistemi sıradan çıxarılıb – red.), ardınca Çeçenistan səmasında hava hücumundan müdafiə vasitəsilə vurulub:
"Məlum olub ki, faciə zamanı təyyarəni idarə edən dispetçer Ramzan Kadırovun sevimli klubu "Terek"in (indiki "Axmat") keçmiş futbolçusu Əli İdrisovdur. O, dünən axşam dindirilib. İdrisov əmin edir ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı ("Kovyor") barədə fövqəladə vəziyyətdən beş dəqiqə sonra məlumat alıb".
Məlumatda deyilir ki, dünən axşam saatlarında müstəntiqlər Qroznıda Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını dindiriblər:
"Qroznı səmasında baş vermiş hava insidentinə dair ifadəni (hələ şahid statusundadır) Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin uğursuz enişini koordinasiya edən dispetçer Əli İdrisov verib".
Çeka-NQPU bildirir ki, İdrisov PUA hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edir. İddiaya görə, o, hadisə baş verənədək olayı "quş sürüsü ilə toqquşma" kimi qiymətləndirib.
Kanalın əldə etdiyi məlumata görə, dünən axşam saatlarında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar çərçivəsində dispetçer Əli İdrisovdan başqa, Qroznı aerodromunun uçuş direktoru Camlayl Bakanayev də dindirilib:
"Bakanayev əmin edir ki, bütün sistemlər işlək vəziyyətdə olub və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb. Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.
Hava limanına yaxınlaşarkən təyyarə GPS sensorlarından, rabitədən gələn siqnalı itirib və pilotlar hava gəmisini demək olar ki, kor-koranə idarə etməli olublar".
"Xalça" planının tətbiqi barədə qərar artıq gec olanda alınıb. Bunu Bakanayev də təsdiqləyib.
Xatırladaq ki, təyyarənin pilotları Qroznı hava limanından eniş icazəsi istəsə də, buna müsbət cavab verilməyib. Pilotlar bundan sonra Mahaçqala və Mineralnıye Vodı hava limanlarına eyni sorğunu göndərib, buna da müsbət cavab tapmayıblar. Ardınca təyyarə Qazaxıstanın Aktau şəhərinə yönəldilib və faciəvi olay burada baş verib.
Bəs "Xalça" ("Kovyor") planı nə deməkdir?
"Rusiya Federasiyasının hava məkanından istifadə üzrə federal qaydaların təsdiq edilməsi haqqında" hökumət fərmanı havada fövqəladə və müstəsna hallarda "Kovyor" planının (siqnalının) tətbiqini nəzərdə tutur. Bu, havadakı təyyarələrin belə bir rejimin əhatə dairəsindən dərhal enməsi və ya çıxması tələbi deməkdir.
Rusiya qanunvericiliyinə görə, "Xalça" planı 3 halda tətbiq edilir:
Rusiyanın dövlət sərhədini hava yolu ilə qanunsuz keçmə; hücum edən təyyarəyə qarşı silah və ya hərbi texnikanın (məsələn, hərbi təyyarələrin) istifadəsi; səmada naməlum uçan obyektin və digər maddi obyektlərin (məsələn, PUA-lar) görünüşü.
"Xalça" planının tələblərini pozan təyyarələr vurula bilər./Teleqraf.com

Hadisə       Tarix: 30 dekabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhta

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən video kriminal xeberler zelzele azerbaycanda son xeberler