"The Washington Post": "ABŞ-da benzinin bahalaşması "Putinin hünərii" deyil, Baydenin…"
ABŞ-da inflyasiya və benzin qiymətlərinin kəskin şəkildə artması "Putinin hünəri" deyil, "Baydenin zəifliyinin" nəticəsidir".
KONKRET.az xəbər verir ki,bunu "The Washington Post"un köşə yazarı Mark Thiessen yazır. Tanınmış köşə yazarı ciddi iqtisadi çətinliklərin səbəbi kimi Baydenin pul və enerji siyasətindəki uğursuzluqları göstərir.
O bildirir ki, artıq ölkədə sadə insanlar əziyyət çəkir, superinhisarçılar isə varlanır. "Prezident Baydeni bütün vasitələrlə məcbur etmək lazım idi ki, Rusiyadan neft idxalını qadağan etsin. Ancaq bu baş vermədi. O, hələ də hər şeyi yarımçıq qoyub. Ən pisi odur ki, Bayden Rusiyanın bütün dünya ölkələrinə ixracını məhdudlaşdıran "sanksiyalar" deyil, ABŞ-a idxalı məhdudlaşdıran "qadağa" tətbiq etdi.
Rusiyanın enerji resurslarından imtina ölkə daxilində qiymətlərin artması ilə yanaşı yerli monopolistlərin daha çox işinə yarayıb. Demək olar ki, hər gün benzinin qiyməti artır. Yanacağın artan qiyməti isə digər sahələrdə infilyasiyaya köklü şəkildə təkan verib. Bu isə Bayden hökümətinin bacarıqsızlığıdır",- deyə Thiessen fikrini tamamlayıb.
Lətif.A,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti