Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc cərimələndi
Bakının mərkəzində küçədə təbii ehtiyacını ödəyən gənc oğlan cərimələnib.
KONKRET.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən "Xaqani" ticarət mərkəzinin qarşısında baş verib.
24 yaşlı Yusif Səlimov (ad və soyad şərtidir) ticarət mərkəzinin qarşısında ətrafdakılara hörmətsizlik edərək, təbii ehtiyacını ödəyib. Bunu görən polis əməkdaşları ona yaxınlaşıb irad bildiriblər. Yusif isə polis əməkdaşları ilə mübahisə edib.
Bu hərəkətinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
İnzibati xəta törədən şəxs ifadəsində bildirib ki, böyrəklərində problem olduğu üçün ağrısı olub və məcburi şəkildə ictimai məkanda təbii ehtiyacını ödəyib. O, əməlindən peşman olduğunu deyib və barəsində cərimə növündə cəza verilməsini xahiş edib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Yusif Səlimov barəsində 50 manat miqdarında inzibati cərimə cəzası təyin edilib.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq