"Tik-Tok"da canlı yayımda qəlyan çəkilməsinə görə həbs edildilər - VİDEO
Abşeronda karantin qaydalarına əməl etməyən iaşə obyektləri aşkarlanıb.
DİN Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Xırdalan şəhərində yerləşən "Tüstü" çay evində qəlyandan istifadə və bunun "Tik-Tok" sosial şəbəkəsində canlı yayım açaraq nümayiş etdirilməsi barədə məlumat daxil olub.
Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Rüfət Qarayev polislər tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib.
Məhkəmə tərəfindən Rüfət Qarayev barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib.
Çay evində qəlyandan istifadə edərək sosial şəbəkələrdə yayımlayan bir nəfər isə cərimə olunub.
Xırdalan şəhərində keçirilən daha bir tədbir zamanı "Rich club" çay evində də müştərilərin mütəmadi olaraq qəlyandan istifadə etdiyi müəyyən edilib. Tədbir zamanı orada qəlyandan istifadə edən iki müştəri cərimə olunub. Obyektin icarədarı Murad Hacıyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs edilib.

Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar