Tikinti materialları bahalaşacaq

Tikinti materialları bahalaşacaq2024-cü ildə inşaat materialları bazarında qiymət dəyişikliklərini səciyyələndirsək, 2023-cü ilə nisbətdə qiymətlərdə azalmaların baş verdiyini söyləyə bilərik.
KONKRET.az xəbər xəbər verir ki, "Vecon Consulting" qiymətləndirmə şirkəti inşaat materialları bazarının ötən ilə nisbətən təhlilini paylaşıb.
Məsələn, ötən ilin yanvar ayına nisbətdə taxta materialları 12,1-13,2 faiz nisbətən ucuzlaşıb. İl ərzində isə bu rəqəm 12,65 faiz təşkil edib. Pərakəndə və topdansatış bazarında qiymətlərin ucuzlaşması tendensiyası bazar iştirakçılarının və təklif olunan material kütləsinin artımı ilə xarakterikdir. Öncəki illərə nisbətən qonşu ölkələrdən inşaat materiallarının idxal olunmasına maneələrin aradan qalxması, eyni zamanda məhdudiyyət dövründə yerli istehsalın material qıtlığını kompensasiya etməsi məqsədilə böyüməsi, istehsal gücünün artması yuxarıda qeyd olunan ucuzlaşmanın əsas faktorlarındandır.
Ötən ilin yanvar ayına nisbətdə əsas tikinti materiallarından olan armaturun qiymətində 2,4 faiz bahalaşma baş versə də, ilin əvvəlində qiymət sabiq qalıb. Dikt qiymətlərində ciddi ucuzlaşma diqqəti cəlb edir. Belə ki, ötən ilin yanvar ayına nisbətən 14,8-16 faiz ucuzlaşma baş verib. İlin əvvəli üçün bu rəqəm ölçülər üzrə fərqlənib. Belə ki, 15-lik dikt 2,6 faiz ucuzlaşsa da, 18-lik dikt 2,2 faiz bahalaşıb. Dam örtüklərinin ölçülərə müvafiq olaraq 1,2-2 faiz aralığında bahaşıb. İlin əvvəlindən isə bu rəqəmlərdə növünə görə artım 4,4-5,3 faiz aralığındadır. Yerli istehsalda rəqabət olan məhsullarda qiymət stabil qalır. Sement, alçipan, qum, qazobeton qiymətlərini misal göstərmək olar. Metal list, profil və uqolnik qiymətləri dekabr 2023-cü il qiymətləri ilə müqayisədə artsa da (1,7-2,5 faiz), yanvar ayından başlayaraq yenidən artım müşahidə edirik (3,0-13,6 faiz). Əsas tikinti materiallarından olan şüşənin qiymətində isə artım müşahidə olunur (7,1-9,5 faiz).
Ümumilikdə götürüldükdə, ötən ilin yanvar ayına nisbətən tikinti materialları ortalama 0,9 faiz, ilin əvvəli ilə müqayisədə isə 1.5 faiz bahalaşıb. İşğaldan azad olunan ərazilərin yenidən bərpası fonunda genişhəcmli tikinti işlərinin həyata keçirilir. Nəticədə 2024-cü ildə bu amil tikinti materialların qiymətinə ciddi təsir göstərəcəyi şübhəsizdir. Əgər hər hansı isqtisadi-maliyyə böhranı, fors-major hal olmazsa, qeyd olunan proqnoz özünü tam doğruldacaq. (Banker.az)

Sosial       Tarix: 24 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün ən son xəbərlər bugün xəbərlər