"TikTok"da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
TikTokda canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib.
azxeber.com xəbər verir ki, bu sözləri Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayon sakini 24 yaşlı qadının "Tiktok" sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapmışdır.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma başlanılmışdır. Hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılmış, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilmişdir, uşaq isə sağlamlığının yoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilmişdir. Hazırda, yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, ananın valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılmışdır. Eyni zamanda, azyaşlının müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi də təmin olunub",- deyə o əlavə edib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma