Tiktok'da həbslər davam edir - Daha genişmiqyaslı əməliyyat qaçılmazdır

Tiktok'da həbslər davam edir - Daha genişmiqyaslı əməliyyat qaçılmazdır"Son günlər Azərbaycanda bir neçə məşhur "tiktok"çu həbs edilib. Bu şəxslər qısa müddət ərzində özlərinə o qədər geniş auditoriya toplayıb ki, onların həbsi medianın və cəmiyyətin gündəmini zəbt etməyi bacarır. Əslində, bu həbsləri cəmiyyətin sifarişi də adlandırmaq olar. Çünki uzun müddətdir ki, onların cəzalanması, hətta "tiktok"un birbaşa bloklanması tələblərinə rast gəlirik. Artıq bu adamların maarifləndirmə yolu ilə islahı da mümkün olmadığı üçün cəzalandırma ön planı çıxdı və bəziləri cəzalandı, digərləri də yəqin ki, bundan dərs çıxaracaq".
Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.
Tiktok'da həbslər davam edir - Daha genişmiqyaslı əməliyyat qaçılmazdırTanınmış jurnalist qeyd edib ki, son günlərdə baş tutan həbslər "tiktok"dakı vəziyyəti ciddi şəkildə dəyişəcək:
"Bu məsələdə diqqətçəkən başqa bir məqam isə aidiyyatı qurumların "tiktok"da söyüş söyən, milli-mənəvi dəyərləri ayaq altına alan xanım "tiktok"çulara qarşı humanist davranışıdır. Bu təqdirəlayiq hal olsa da, nə vaxtsa, onları da islah etmək zamanı gəlməlidir. 
Ümumilikdə düşünürəm ki, son günlərdə baş tutan həbslər "tiktok"dakı vəziyyəti ciddi şəkildə dəyişəcək. Necə ki, bir müddət öncə əlaqədar qurumlar "tiktok"da narkotiki təbliğ edən şəxsləri cəzalandırdı və bu gün demək olar ki, həmin təbliğatın kökü tamamilə kəsilib. 
Hacıbəy Heydərli bildirib ki, "Tiktok"çulara qarşı tədbirlər davam etməlidir: 
"Bu məsələdə cəmiyyət də aidiyyatı qurumlara yardım etməli və neqativ hadisələrə qarşı mübarizə aparmalıdır. Bu məsələdə qardaş Türkiyə nümunəsi ön plana çıxa bilər. Türkiyə DİN qaynar-xətt yaradıb və insanlar "tiktok"da neqativ hadisələr haqda həmin an məlumat verirlər. Bizdə də maarifləndirmə və cəzalandırma paralel şəkildə getsə, tezliklə "tiktok"da müsbət dəyişiklikləri görə biləcəyik".
Tiktok'da həbslər davam edir - Daha genişmiqyaslı əməliyyat qaçılmazdırMəsələ ilə əlaqədar azxeber.com-a danışan "AzinForum.az" saytının təsisçisi, tanınmış jurnalist Məhəmmədəli Qəribli bildirib ki, həbs edilən həmin şəxslərə "tiktok"çu demək olmaz:
"Son günlərdə "Tiktok"çuların həbsi məsələsi müzakirə edilir. Əslində onlara "Tiktok"er və ya bloger demək olmaz. Onların bir çoxu mənbəyi və mənsəbi bilinməyən adamlardır. Məlum olduğu kimi, bir sıra faktlara əsaslanaraq Azərbaycan Daxili İşlər Nazirliyinin müəyyən strukturlarının təqdimatı əsasında bəzi "Tiktoker"lər barədə inzibati həbs qərarı verib. Onların bəziləri 15 sutka və 30 sutka həbs ediliblər. Biz bu xəbərləri paylaşanda onu müşahidə edirik ki, belə həbslərə cəmiyyətin böyük dəstəyi var. Yəni bu tip həbslərin həyata keçirilməsi cəmiyyətin müxtəlif təbəqələrində təəccüblə qarşılanmır. Biz bu halı paylaşılan videoların rəy bölməsində görə bilərik. Bəs cəmiyyət niyə bunu arzulayır?
Bir az əvvəllərə ekskursiya etsək, görərik ki, "Tiktoker"lər Azərbaycanda "tiktok"a hədiyyələr gələndən sonra aktivləşdilər. Asan qazanc yolu tapan əxlaqsız, savadsız adamlar bu platformada söyüş və qeyri-etik ifadələrlə özlərinə auditoriya yığmağa başladılar və bu da öz növbəsində effekt verdi. Onlar sanki elə düşünürdülər ki, bu sosial şəbəkənin yiyəsi yoxdur, Çinin platforması olduğu üçün burada nə istəyirlər etmək olar. Bütün bunların Azərbaycan seqmentinə heç bir aidiyyatı yoxdur. Bu, təbii ki, bəsit düşüncədir. Elə həmin dövrdən başlayaraq bu tendensiya ilə aktiv mübarizə aparılmağa başladı və müəyyən mənada xeyirləri də oldu. Hazırki reallaşan həbslər də bu problemlə olan mübarizənin bi kulminasiya nöqtəsi oldu. Çox təəssüf ki, bizim cəmiyyətin bəzi nümayəndələri, QHT rəhbərləri, jurnalistlər "tiktok" deyəndə elə bil ki, orada ayıb bir sosial şəbəkə var deyə həmin platformadan uzaq qaçmağa çalışırlar. Vaxtıylə burada olan prosesləri ictimai müzakirəyə çıxartsaydılar, hazırkı problemlər yaşanmazdı. 
Jurnalist hesab edir ki, bu həbslər "tiktok"dakı vəziyyəti düzəldə bilər:
"Mən hesab edirəm ki, buna daha kompleks yanaşmaq lazımdır. Təbii ki, cəmiyyət olan müddətdən antik dönəmə qədər cinayət olub və bunun da cəzası olub. Cinayət cəzasız qalanda bunun arealı daha genişlənir. Bu "Tiktoker"lərin də etdiyi cinayətdir. Burada çirkli pulların yuyulması, kartdan pulların nağdlaşdırılması, ölkədən pul kütləsinin qanunsuz çıxarılması, mənbəyi bəlli olmayan bütün bu proseslər "tiktok"da həyata keçirilir və bununla bəlli bir "mafiya", şəbəkə məşğul olur. Onlar da adını dəstəkçi qoyublar, lakin həmin adamlar dırnaqarası dəstək göstərirlər. Bu platformada camaatdan pul qazanırlar, müxtəlif üsullarla cibgirlik edirlər. Düşünürəm ki, bu əməllər "Tiktoker"lərin görünən tərəfləridir. Böyük dağlar bu dəstəkçi deyilən adamların arxasında gizlənənlərdir.
Güman edirəm ki, Azərbaycanın bütün hüquq-mühafizə orqanları bu cür məsələləri yalnız inzibati həbslə yekunlaşdırmamalıdırlar. Həmin dırnaqarası dəstəkçilərin ətrafında da profilaktik tədbirlər, araşdırmalar aparmalıdırlar. Mən xüsusilə qeyd etmək istəyirəm ki, "tiktok" platforması üzərində veriliş adıyla müxtəlif şoular düzəldilir. Burada başlıca məqsəd qara pulların yuyulması, çirkli pulların nağdlaşdırılması və oradan qazanc götürməkdir. Burada yayım və veriliş adıyla insanların şüurunu əlindən alıb, maskalanırlar. Əslində isə insanlar bu şəxslərə inanıb olan qalan 3-5 qəpiyini də cinayətkar şəbəkələrə verirlər. "Tiktok"da naməlum olan, adı bilinməyən səhifələr var ki, onlar görüntüləri paylaşırlar və bu əməllər üzrə ixtisaslaşıblar. Platformada əsasən söyüşləri tirajlayırlar. Canlıda buna 3-5 nəfər baxıbsa, videolara neçə yüz min baxış olur. Bu səhifələrin adminləri də tapılaraq məsuliyyətə cəlb olunmalıdır. Bütün bu proseslər həmin şəxslərin canına vəlvələ salacaq. Onlar artıq bu qorxunu, təhdidi hiss edirlər. 
Ən əsas məsələ isə bu cür "Tiktok"erlərin arqumentləri var. Biz canlı yayımlar edərək bu istiqamətdə əhalini maarifləndiririk ki, bu cür şəxslərin toruna düşməsinlər. Bizi söyürlər, bizim də hüququmuz var ki, onları polisə müraciət edərək şikayət edək. Əgər hansısa "Tiktok"er xeyriyyə məqsədilə canlı yayımda kiməsə kömək edib hədiyyə atırsa, onlar niyə öz adlarını gizlədirlər? Deməli, burada hansısa qaranlıq qalan məqamlar var".
Mikayıl Mirzəzadə

Sosial     Baxılıb: 253   Tarix: 16 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verib

Bu gün 55 mindən çox şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib. Dövlət İmtahan Mərkəzindən (DİM) -a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsim

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş aprelin 27-də Qəbələdə mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev çıxışı zamanı cənab Baş nazirlə birlikd

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. azxeber.comxəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, sabah Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsini

WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib

WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib. Bu barədə -a WUF13-ün Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, festival aprel 30-u Qubada, may 2-i Lənkəranda, may 4-ü Qəbələdə, may 5-i Şəkidə

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdlər

Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu

Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 21 aprel 2026-cı il tarixində iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş Azərbaycan vətəndaşının Türkiyə üzərindən Azərbaycana repatriasiyası həyata keçirilib. Bu barəd

Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. "Azəriqaz"dan -a verilən məlumata görə, Sabunçu və Suraxanı rayonlarınd

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. KONKRET.azxəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyər

"YouTube"dan yenilik

"Google" "YouTube" platformasında video məzmunu axtaran və təhlil edən çat "Ask YouTube" adlı eksperimental funksiyanı istifadəyə verib.  "Engadget"ə istinadən xəbər verir ki, yen


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar xeberler bu qun meherremlik 2026 son xeber 2026