TikTok'da yazılan şərhə görə adam bıçaqlayan şəxs: 'Məni məktəbin həyətinə görüşə çağırdı

TikTok'da yazılan şərhə görə adam bıçaqlayan şəxs: 'Məni məktəbin həyətinə görüşə çağırdıBakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əmrah Əmrahovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
azxeber.com Pravda.az-a istinadən xəbər veri ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş ittiham üzrə Əmrah Əmrahov özünü qismən təqsirli bilib.
O, ifadəsində qeyd edib ki, işdə olduğu zaman "TikTok" sosial şəbəkəsində yazılan şərhə cavab verib:
"Bununla bağlı zərərçəkmiş Ömər Bəbirov məni görüşə çağırdı. Onun dediyi yerə getdim. 261 nömrəli tam orta məktəbin həyətində görüşdük. Bu zaman Ömər üzərimə gəldi. Buna görə də qorxaraq onu bıçaqla vurdum. Əməlimdən çox peşmanam. Hadisədən sonra zərərçəkmişlə barışmışam, ona vurulmuş ziyanı ödəmişəm və bu səbəbdən də Ömərin mənə qarşı heç bir şikayət və tələbi yoxdur".
Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs vurğulayıb ki, "TikTok" zərərçəkmiş "sən burada olmamısan" şərhini yazıb:
"Mən də Ömərə cavab olaraq yazdım ki, "bəs sən necə, burada olmusan?" Bundan sonra zərərçəkmiş şəxs məni görüşə çağırdı. Görüşməyi və görüş yerini Ömər özü mənə təklif etdi. Görüş zamanı zərərçəkmiş şəxs mənim üzərimə gəldi. Bu zaman əlimi gödəkçəmin cibinə atdım. Düşündüm ki, Ömər bıçaq çıxarıb məni vuracaq. Bundan ehtiyat edərək zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdim. Hadisə yerində məndən və Ömərdən başqa heç kəs yox idi. Hadisədən bir gün sonra özüm polis bölməsinə gedərək təslim oldum".
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, Əmrah Əmrahov "TikTok" sosial şəbəkəsində tanımadığı Ömər Bəbirovun tanışının videosunun altından rəy yazıb. Tərəflər məhz buna görə yaranan mübahisəyə aydınlıq gətirmək üçün görüş təyin edirlər. Onlar Xətai rayonu ərazisində yerləşən məktəblərin birinin həyətində görüşərək mübahisələrini davam etdiriblər. Bu məqamda Əmrah Əmrahov başı ilə Ömər Bəbirovun sifət nahiyəsindən zərbə vurub, ardınca isə üzərində gəzdirdiyi bıçaqla döş qəfəsindən bir dəfə vuraraq, onun sağlamlığına ağır zərər vurub. Əmrah Əmrahova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əmrahov 6 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

Sosial       Tarix: 01 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son.xabar xeber.az bu gun xeber.az